Yuxarı

Rusiyalı ombudsman Azərbaycana təşəkkür etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyalı ombudsman Azərbaycana təşəkkür etdi

Yaxın Şərqdə vəziyyətin gərginləşməsindən sonra rusiyalı diplomatların sayəsində 324 nəfər təxliyə edilib.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Tatyana Moskalkova Teleqram kanalında yazıb.

“Diplomatlarımızın operativ işi sayəsində iyunun 14-də uşaqlar və digər dost dövlətlərin vətəndaşları da daxil olmaqla, 86 nəfərdən ibarət birinci qrup “Astara” keçid məntəqəsi vasitəsilə təxliyə edilib. İyunun 15-də diplomatların və mədəniyyət xadimlərinin ailələri də daxil olmaqla, 238 rusiyalı üçün təhlükəsiz sərhəd keçidi təşkil edilib”, - deyə o bildirib.

Moskalkova həmçinin Azərbaycan hakimiyyətinə humanitar münasibətinə və evakuasiyanın təşkilində hərtərəfli köməyə görə minnətdarlıq edib.

Tarix
2025.06.16 / 23:10
Müəllif
Axar.az
Digər xəbərlər

Sahil Babayevə müavin təyin edildi - Sərəncam

Azərbaycan benzinini satmaq istəməyənlər... - Paşinyan

Bakıda mühüm tədbir: İlham Əliyev çıxış etdi - Foto

Azərbaycandan yeni partiya: 80 dram ucuz... - Papoyan

Azərbaycanın xarici borcu... - Prezident

Prezident açıqladı: Ölkədə ilk dəfə bu sistem yaradılır

ABŞ “İran xalqının xilaskarı kimi” zərbə endirəcək

Hədəf İrandır, gerisayım başladı: Böyük fırtına yaxınlaşır

Pəhləvi xalqa çağırış etdi, “test” başladı: bu gün və sabah...

Əliyev bu məsələyə son qoymaq qərarına gəlib - Surenyants

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla