Yuxarı

“Kadırov” əməliyyatı: FSB-nin III Çeçenistan savaşı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Kadırov” əməliyyatı: FSB-nin III Çeçenistan savaşı

Kremldə klanlararası savaşı şiddətlənib.

Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına müsahibəsində rusiyalı politoloq Andrey Piontkovski söyləyib. Onun sözlərinə görə, Rusiya xüsusi xidmət orqanları hər cür yolla Prezident Vladimir Putinin adamı olan Çeçenistan lideri Ramzan Kadırovu vəzifəsindən uzaqlaşdırmağa çalışırlar:

"Federal Təhlükəsizlik Xidmətinin Kadırova qarşı intriqası Çeçenistanda yeni üçüncü müharibənin başlanmasını sürətləndirə bilər. Putinin hakimiyyəti dövründə FSB ilk dəfədir ki, ona qarşı açıq-aşkar çağırış edir. Məhz Boris Nemtsovu öldürən Kadırovun adamlarını FSB saxlayıb və hətta Kadırovu belə dindirməyə çağırmağa cəhd edib. FSB bu yolla Kadırov layihəsini bağlamağa çalışır. Onlar hesab edirlər ki, Putin onları Çeçenistan qalibiyyətindən məhrum edib. Konflikt çox ciddidir. Putin 18 sentyabra (bu tarixdə Çeçenistan rəhbəri vəzifəsinə seçki keçiriləcək) qədər bu problemi həll etməyə məcburdur. Əgər seçki baş tutmasa və Kadırov hakimiyyətdən getsə, o zaman yeni müharibəyə hazırlaşın. FSB xüsusi olaraq Kadırova qarşı kütləvi etirazları artırır. Onlar kifayət qədər diqqətlə oynayırlar və bu işdə onlara müxalifətin bir hissəsi, hətta Navalnı da dəstək verir. Nədənsə FSB Kadırovun 20 minlik ordusu haqqında heç bir şeyi diqqətə almır. Hazırda əsas təhdid budur".

Tarix
2016.06.22 / 09:23
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Qapımız həmişə qardaş Azərbaycana açıqdır - Mirziyayeva

Azərbaycan üçün ilk: “Əbədi dostluq sazişi” nədir?

Lukaşenkodan Mehriban Əliyevaya təbrik məktubu...

Putin Mehriban Əliyevanı təbrik etdi

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla