Yuxarı

İƏT İsrailin hücumlarını pislədi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İƏT İsrailin hücumlarını pislədi

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirləri İsrailin regionda sabitliyi pozan siyasətini pisləyib və gərginliyin azaldılması istiqamətində işləmək üçün nazirlər səviyyəsində təmas qrupunun yaradılması barədə qərar qəbul ediblər.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə İƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iyunun 21-22-də Türkiyədə keçirilən iclasının yekunları üzrə qəbul edilmiş İstanbul Bəyannaməsində deyilir.

"Biz İsrailin regionda sabitliyi pozma siyasətini, həmçinin İran, Suriya və Livana qarşı son hücumlarını pisləyirik. Bu, ölkələrin suverenliyinin, təhlükəsizliyinin və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Beynəlxalq ictimaiyyəti bu təcavüzü dayandırmaq üçün çəkindirici tədbirlər görməyə və İsraili törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb etməyə çağırırıq. Deeskalasiya, İrana qarşı təcavüzü dayandırmaq və sülh yolu ilə nizamlanmaya nail olmaq üçün səyləri dəstəkləmək məqsədilə müvafiq regional və beynəlxalq tərəflərlə müntəzəm əlaqələr qurmaq tapşırığı veriləcək nazirlərdən ibarət açıq təmas qrupunun yaradılması barədə qərar qəbul edirik”- Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı sənəddə deyilir.

Xüsusilə bəyannamədə deyilib ki, İsrailin İrana hücumları regionda humanitar, iqtisadi və ekoloji vəziyyəti təhdid edir. Eyni zamanda xarici işlər nazirləri BMT-nin Fələstin üzrə Beynəlxalq Konfransının mümkün qədər tez çağırılmasını istəyiblər.

Tarix
2025.06.22 / 21:44
Müəllif
Axar.az
Digər xəbərlər

Serb diplomatlar Azərbaycana təxliyə olunacaq - Vuçiç

Rusiya səfirliyi Azərbaycana təşəkkür etdi

Bayramov Özbəkistan XİN başçısı ilə danışdı

İlham Əliyev Pezeşkiana başsağlığı verdi

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

İordaniya səfiri təxliyə edildi: Azərbaycanı sevirəm...

Xamenei öldü, İran təslim olur? - ABŞ səhv edir

Bakı İrandakı azərbaycanlılara müraciət etdi

İrana zərbələr: Bir Azərbaycan vətəndaşı yaralanıb

Xameneinin ölümü: İranda 40 günlük matəm elan olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla