Yuxarı

Əsas təhlükə: Qərb Putinə qarşı birləşir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əsas təhlükə: Qərb Putinə qarşı birləşir

Britaniya ordusunun baş komandanı general Ser Roland Uokerin Rusiya ilə mübarizə aparmaq üçün konkret planı var.

Axar.az xəbər verir ki, bunu Britaniyanın “Telegraf” qəzetinin köşə yazarı Qamiş de Bretton-Qordon bildirib.

“General son çıxışında açıq şəkildə deyib ki, Britaniya ordusu artıq Rusiya ordusuna yönəlib. Orduda sürətli şəkildə yenidən silahlanma prosesi başlayıb.

Avropadakı NATO üzvü olan ölkələr də diqqətlərini Şərqə-Rusiyaya yönəldiblər. Kollektiv şəkildə Avropa ölkələri yaxın zamanda, ABŞ-ın ənənəvi genişmiqyaslı dəstəyi olmasa belə, Putinin ordusunu geridə qoya biləcək gücə sahib olacaqlar”, - o qeyd edib.

Bretton-Qordon həmçinin vurğulayıb ki, dünya bu gün İranla İsrail arasında baş verən gərginliyə diqqət yönəltsə də, əsl təhlükə Vladimir Putindir və o, heç bir halda unudulmamalıdır:

“Putin Ukraynanın mülki əhalisinə qarşı cinayət kampaniyasını davam etdirir. Hər həftə yeni bir hərbi cinayətə imza atır. Son hesabatlar göstərir ki, Kiyevin yaşayış məntəqələrinə qarşı kaset bombalarından istifadə olunur. Bu tip bombalar yalnız geniş ərazilərdə dağıdıcı təsirə malik deyil, eyni zamanda partlamamış sursatlar ərazidə qalıb mina təhlükəsini artırır”.

Müəllif əlavə edib ki, ABŞ-ın hava hücumundan müdafiə sistemlərini Avropadan Yaxın Şərqə göndərməsi narahatlıq doğurur və bu addım ABŞ Prezidenti Donald Trampın Avropada sabitliyin məsuliyyətindən çəkildiyini göstərir:

“O, indi diqqətini İranın nüvə proqramını zərərsizləşdirməyə yönəldir və bu məsuliyyətin ən ağır hissəsini İsrailin üzərinə qoymaq istəyir. Ancaq bu yanaşma nə Avropaya kömək edir, nə də Putinin döyüş maşınını dayandıraraq hamımızı qoruyan cəsur ukraynalılara”.

Tarix
2025.06.23 / 08:00
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla