Yuxarı

Pezeşkian əmirə zəng etdi: İran Suriya və ya Livan deyil!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pezeşkian əmirə zəng etdi: İran Suriya və ya Livan deyil!

İran Prezidenti Məsud Pezeşkianla Qətər əmiri Şeyx Təmim bin Həməd əs-Sani arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Pezeşkianın ofisi məlumat yayıb.

Telefon danışığında Pezeşkian ötən gün İranın Doha yaxınlığındakı ABŞ bazasına hücumunun Qətərə qarşı olmadığını bildirib.

“Mən ilk fürsətdə sizinlə əlaqə saxladım ki, dünənki hadisənin sadəcə olaraq ABŞ-ın sionist rejimin İran ərazisinə təcavüzündə birbaşa və aşkar iştirakına reaksiya olduğunu deyim. Bu, İran İslam Respublikası ilə onun dost, qardaş qonşusu Qətər arasında qarşıdurma kimi şərh edilməməlidir”, - Pezeşkian Qətər əmirinə deyib.

Pezeşkian həmçinin Şeyx Təmimə müharibəni dayandırmaq üçün göstərdiyi bütün səylərə və iranlılarla dəstək, həmrəylik və əməkdaşlığa görə təşəkkür edib (ABŞ və İran arasında atəşkəslə bağlı vasitəçiliyi Qətər edib – red.).

“Bu gün sionist rejim və onun havadarları anladılar ki, İran öz məqsədlərinə çatmaq üçün bir neçə hücumla dağıda biləcəkləri Qəzza, Livan və ya Suriya deyil. İran xalqı möhkəm dayanacaq və öz qanuni hüquqlarını sona qədər müdafiə edəcək”, - Pezeşkian vurğulayıb.

Şeyx Təmim həmçinin ABŞ-ın Qətərdəki aviabazasının İrana qarşı hücumlar üçün istifadə edilmədiyini və istifadə olunmayacağına diqqət çəkib.

Tarix
2025.06.24 / 20:28
Müəllif
Axar.az
Digər xəbərlər

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla