Yuxarı

Çin və Rusiya İranı tək qoydu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çin və Rusiya İranı tək qoydu

İyun ayında İsrail və ABŞ-ın İrana zərbələrinə Çin və Rusiyanın reaksiyası sakit oldu.

Axar.az xəbər verir ki, bu barədə “Atlantik” qəzeti məlumat yayıb.

“İyunun 13-də İsrailin ilk zərbəsindən sonra Çin İranın suverenliyinin pozulması ilə bağlı rəsmi bəyanatlarla kifayətləndi. Çinin xarici işlər naziri Van Yi iyunun 14-də israilli həmkarı ilə söhbətində İsrailin hərəkətlərini pislədi. Yalnız dörd gün sonra Çin Prezidenti Szinpin gərginliyi azaltmağa çağırdı və Yaxın Şərqdə sabitliyin bərpasında “konstruktiv rol oynamağa” hazır olduğunu bildirdi. İran parlamenti Hörmüz boğazının bağlanmasına səs verərkən, Çin XİN-in sözçüsü regionun qlobal ticarət üçün əhəmiyyətini vurğuladı və sabitliyin pozulmasının qarşısını almağa çağırdı. Bu, Tehrana xəbərdarlıq kimi səsləndi.

Sülh dövründə Çin də Rusiya kimi İrandan Qərbə təzyiq vasitəsi kimi istifadə edir. Lakin hərbi eskalasiya və qlobal sabitliyə təhlükə belə strategiyanı daha az cəlbedici edir. Pekin İranı dəstəkləmək üçün ABŞ və AB ilə iqtisadi və diplomatik əlaqələri qurban verməyə hazır deyil. Rusiya da Tehranın köməyinə gəlmədi. Çin mallarından və Çinə neft ixracından asılı olan Moskva çətin ki, Pekinin ehtiyatlılığından məmnun olsun. Rusiya iqtisadiyyatı Çindən 8 dəfə kiçikdir və Çin Rusiya neftinin ən böyük alıcısı, Ukrayna ilə müharibəni davam etdirmək üçün lazım olan texnologiyanın tədarükçüsüdür”, - məlumatda deyilib.

Tarix
2025.06.30 / 12:18
Müəllif
Axar.az
Digər xəbərlər

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla