Yuxarı

Almaniyanın 29 milyardlıq planı: minlərlə tank...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniyanın 29 milyardlıq planı: minlərlə tank...

Almaniya Avropa ölkələrinin Rusiyanı çəkindirmək məqsədilə NATO-nun yeni briqadalarının yaradılması üzrə birgə səyləri çərçivəsində 2500-ə qədər zirehli döyüş maşını və 1000-ə qədər döyüş tankı almaq imkanını nəzərdən keçirir.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, müttəfiqlər Almaniyadan qarşıdakı 10 il ərzində NATO-ya yeddi döyüş briqadası təqdim etməyi xahiş ediblər. Əgər bu sifariş təsdiqlənsə, döyüş maşınları və tanklar həmin qüvvələrin təchizatı üçün istifadə olunacaq.

Mənbələrin jurnalistlərə bildirdiyinə görə, sifariş çərçivəsində 1000-ə qədər “Leopard 2” tankı və 2500-ə qədər “GTK Boxer” döyüş maşını nəzərdə tutulur. Tanklar KDNS və “Rheinmetall” şirkətləri, döyüş maşınları isə ARTEC tərəfindən istehsal ediləcək.

Agentliyin məlumatına görə, bu sifarişlə bağlı söz-söhbətlər yayıldıqdan sonra “Rheinmetall” şirkətinin səhmləri 3,7% bahalaşıb. Bu isə analitikləri hədəf qiymətləri artırmağa sövq edib.

Mənbələrin qeyd etdiyinə görə, ümumi sifarişin dəyəri 25 milyard avroya (təxminən 29,4 milyard ABŞ dolları) çata bilər. Bununla belə, alışla bağlı danışıqlar hələ də davam edir.

Tarix
2025.07.05 / 09:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan

Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq

Şimali Makedoniya prezidenti İlham Əliyevə zəng etdi

İrəvan anlamalıdır ki, sülhdən başqa alternativi yoxdur...

Kobaxidze Azərbaycana gəlir

Türkiyənin 31 vətəndaşı "arzuolunmaz şəxs" elan edildi

Bu halda Türkiyə ilə sərhəd açılmayacaq - Adamyan

Azərbaycanlı çoban Ermənistana keçdi

Bakıda Azərbaycan-AB Biznes Forumu keçirilir

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla