Yuxarı

İran rəsmisi Pezeşkianı təhqir etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəşt Şəhər Şurasının üzvü və sərt fundamentalist dairələrə yaxınlığı ilə tanınan Rza Aşəri İran Prezidenti Məsud Pezeşkiana qarşı təhqiramiz ifadələrlə dolu bir çağırışla gündəmə gəlib.

Axar.az "Mouze"yə istinadla xəbər verir ki, Aşəri İnstaqram paylaşımında İsraili Pezeşkiyana qarşı sui-qəsd təşkil etməyə səsləyib.

“İsrail, bir yaxşılıq edərsən? Bizim prezidentimizi - İbrahim Rəisini öldürdün. Bu yeni prezident əvvəlkindən qat-qat inqilabçıdır. Ona da yüksək şəhadət nəsib etməyini xahiş edirik”, - deyə Aşəri yazıb.

O, habelə Pezeşkianın simasına və çıxışlarına ironik və təhqiredici şəkildə toxunaraq, onun “ölməyə hazır göründüyünü” bildirib.

Bu açıqlama Pezeşkiyanın Astara şəhərində ana dilində – türkcə etdiyi çıxışdan sonra səsləndirilib. Prezidentin bu addımı bölgə əhalisi tərəfindən böyük rəğbətlə qarşılanıb. Rəşt Şəhər Şurasının üzvünün çıxışı isə ölkə daxilində kimlik və dil məsələlərinin nə qədər həssas olduğunu bir daha göstərir.

Tarix
2025.07.09 / 17:11
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu seçkilərdə qələbə qazandı

Anar Abdullayev həbs olundu

PKK tərk-silah olur: ilk qrupun silahları yandırmasının mənası...

Quterreş Əliyevlə Paşinyanın görüşünü yüksək qiymətləndirdi

Putin postsovet ölkələrinə müdaxilə üçün fərman imzaladı

Azərbaycan Ukraynaya indiyədək nə qədər yardım edib?

Rusiyanın Azərbaycana qarşı şaftalı savaşına Belarus da qoşuldu

Xameneinin Azərbaycana nifrətinin əsl səbəbi - İsrail KİV

BƏƏ-də tarixi görüş: İranın “qırmızı xətti” artıq yoxdur!

Əbu-Dabi görüşü niyə qabağa çəkildi? - Mühüm

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla