Yuxarı

Ukraynaya dəstək: Bir zəng Trampın qərarını dəyişdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynaya dəstək: Bir zəng Trampın qərarını dəyişdi

Müharibə başlayandan bəri Kiyevin ən ağır atəşə tutulduğu bir vaxtda Donald Trampın müşaviri general Keyt Kelloqun təşəbbüsü ABŞ-ın Ukrayna siyasətində dramatik dönüşün başlanğıcı oldu.

Axar.az xəbər verir ki, bu barədə Britaniyanın “Telegraf” nəşri yazıb.

“İyulun 4-də Kelloqa Polşadan zəng gəlib. Bu, Polşanın xarici işlər naziri Radoslav Sikorski idi. Bu zəngdən sonra general Kelloq Trampı Ukraynaya zenit sursatlarının tədarükünü bərpa etməyə çağırıb. Həmin gecə Rusiya raketləri və pilotsuz təyyarələri Polşanın Kiyevdəki konsulluğuna ziyan vurmuşdu və bu hadisə Ağ Evin Ukraynaya münasibətində dönüş nöqtəsi oldu.

Kelloqla telefon danışığından qısa müddət sonra Tramp şəxsən Pentaqona “Patriot” sistemlərini blokdan çıxarmağı və Ağ Evin icazəsi olmadan belə Ukraynaya hərbi yardımı dayandıran müdafiə naziri Pit Heqsetlə əlaqə saxlamağı əmr etdi”, - məlumatda qeyd olunub.

Nəşr bildirib ki, həmin gün Prezident Vladimir Zelenski ilə söhbətində də Tramp Ukraynaya hava hücumundan müdafiə dəstəyi verəcəyini vəd edib:

“Bu siqnal dönüş nöqtəsi oldu. Vaşinqtonda bu, sülh razılaşmasına nail olmaq üçün münaqişədə ABŞ-ın rolunun gücləndirilməsi zərurətinin etirafı kimi qiymətləndirildi. Doqquz gün ərzində Tramp NATO müttəfiqlərinin dəstəyi ilə 10 milyard dollarlıq yeni yardım paketini açıqladı. Almaniya kansleri Fridrix Merz və NATO Baş katibi Mark Ruttenin köməyi ilə razılaşmaya Ukraynaya yeni “Patriot” sistemlərinin alınması və yerləşdirilməsi daxil edilib ki, bu sistemlərin bir hissəsinin pulu Almaniya və Norveç tərəfindən ödənilib”.

Tarix
2025.07.25 / 13:03
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla