Yuxarı

Putin hərbi elitadan belə "qisas alır" - NYT

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin hərbi elitadan belə "qisas alır" - NYT

Rusiyada təhlükəsizlik orqanları cəbhədəki uğursuzluqlara görə günahlandırdıqları şəxsləri “korrupsiya ilə mübarizə” adı altında vəzifədən uzaqlaşdırırlar.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” qazeti məlumat yayıb.

Məlumata görə, artıq beş sərhəd bölgəsindən üçündə yüksək vəzifəli şəxslərə qarşı korrupsiya ittihamları ilə cinayət işləri açılıb:

“Məmurlar sərhədin müdafiəsi üçün ayrılan vəsaitləri mənimsəməkdə ittiham olunurlar. Bu bölgələrdəki yüksək vəzifəli şəxslər həbs edilib və prokurorlar tərəfindən Moskvadan sərhədin möhkəmləndirilməsi üçün ayrılan pulları mənimsəməkdə ittiham ediliblər. Bu cinayət işləri Ukraynanın uğurlu sərhədyanı hücumlarının nəticəsidir"”.

Kremlin tədricən hərbi rəhbərlikdə də dəyişikliklər etdiyi vurğulanır. Bu dəyişikliklər də birbaşa hərbi uğursuzluqlara görə deyil, korrupsiya ittihamları adı ilə həyata keçirilir. Məqalədə qeyd olunur ki, ötən ildən – Rusiyanın müdafiə naziri Sergey Şoyqunun vəzifədən azad olunmasından sonra ölkədə generalların və Müdafiə Nazirliyinin rəhbər şəxslərinin korrupsiya işləri ilə əlaqədar “təmizlənməsi” prosesi davam edir.

Tarix
2025.07.28 / 08:30
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Strateji tərəfdaşlıq: London və Bakı yeni mərhələyə keçir

Azərbaycan əsgərini təhvil versək... - Paşinyan

Allahşükür Paşazadə Yerlan Karinlə görüşdü

Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

Bayramov ABŞ rəsmisi ilə görüşdü

"Palmali"dən vurulan gəmi ilə bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla