Yuxarı

Millət vəkili tanınmış rəssamın sərgisinin açılışında

Ana səhifə Kult Rəsm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış rəssam Yusif Mirzənin Laçının Ermənistanın işğalından azad olunmasının birinci ildönümü münasibəti ilə Azərbaycan Respublikası Muzey Mərkəzinin Sərgi Qalereyasında təşkil olunmuş “Can Laçın” adlı fərdi sərgisinin açılışında çıxış edib.

Kult.az xəbər verir ki, açılış mərasiminin aparıcısı Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı öncə iştirakçıları şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etməyə dəvət edib.

O qeyd edib ki, sərgi 15 gün müddətində sənətsevərlərin ziyarətinə açıq olacaq:

“Sərgi Milli Məclisinin Mədəniyyət Komitəsi, Mədəniyyət Nazirliyi və Muzey Mərkəzinin təşkilatçılığı, “Nəfəs” və “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” ictimai birliklərinin mənəvi dəstəyi ilə keçirilir. Sənətsevərlər sərgidə nümayiş olunan əsərləri ala, öz evlərinə, iş yerlərinə, bərpa olunacaq Laçın Tarix-Diyarşünaslıq Muzeyi başda olmaqla, ölkəmizin muzeylərinə, sənət ocaqlarına hədiyyə edə bilər”.

MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva çıxışında sərginin “Can Laçın” adlandırlmasına diqqəti çəkib, bu adın ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Laçına ilk səfəri vaxtı Mehriban xanımın bu əziz Vətən torpağını məhz “Can Laçın” deyərək salamlamasından ilhamlanaraq, seçildiyini bildirib:

“Sizlər sərgi ilə tanış olduğunuz müddətcə “Can Laçın” mahnısının həzin musiqisi sizləri müşayiət edəcəkdir. Bəli, can Laçının azad olunmasının birinci ildönümünü biz mədəniyyət, incəsənət hadisəsi ilə qeyd edirik. Ümumiyyətlə Laçına, ümumən işğaldan azad olunmuş torpaqlarımıza işğal mədəniyyətsizliyindən sonra quruculuq mədəniyyəti qayıdır. Bir il içində çox işlər görülüb. Qarabağa mədəniyyətlə qayıtmaq dünyaya da bir ismarışdır. Erməni vandallarının viran qoyduğu abidələr, mədəniyyət ocaqları yenidən qurulacaq, təmir-bərpa olunacaq, canlanacaq, Laçına, Şərqi Zəngəzura, Qarabağa qaynar həyat dönür, insanlıq qayıdır. İnşallah Yusif müəllimin növbəti sərgisini də Laçında təşkil edərik.

Laçında bərpa olunacaq muzey üçün bu günkü sərgidə ilk əsəri mən özüm alacam, qoy bizim Mədəniyyət Komitəsindən Laçın muzeyinə bir hədiyyə olsun. İmkanı olan dostları da sənətə, sənətkara dəstəyini əsirgəməməyə çağırıram”.

Açılış mərasimində Mədəniyyət Nazirliyinin sektor müdiri Altun Mikayıllı, Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılzadə, Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri tuğgeneral Nuri Öztürk, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, “Nəfəs” İB sədri Firəngiz Balakişiyeva çıxış edib.

Sonra sənətsevərlər sərgi ilə tanış olublar.

Sərgidə qrafika və rəngkarlıq işləri – ümümilikdə 70 əsər nümayiş olunur.

Sərgi 15 dekabr 2021-ci il tarixə qədər (bazar ertəsindən başqa) həftənin bütün günləri (saat 10.00-dan 18.00-dək) açıq olacaq.

Tarix
2021.12.02 / 14:29
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Fransada Azərbaycanla bağlı sərgi - Foto

"100 il" gənc rəssamların qrup sərgisi təşkil olundu

Naxçıvanda beynəlxalq festival baş tutdu - Video

Güneyli rəssamın İstanbulda sərgisi keçiriləcək

Rəssam şəhidlər üçün qeyri-adi əsər hazırladı - Video

Məşhur “Dirilmə” tablosu hərraca çıxarılacaq

Gəncədə tanınmış rəssam dünyasını dəyişdi

Azərbaycandan oğurlanan əsərlər satışa çıxarıldı - Şok

Messinin şişirdilmiş heykəli - Foto

Məhşur alman rəssamın əsəri 20 milyona satıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla