Yuxarı

Şuşada “Qarabağ atları” sərgisi açıldı

Ana səhifə Kult Rəsm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şuşada “Qarabağ atları” sərgisi açıldı

Bu gün Şuşada latviyalı rəssam Daçe Strausanın “Qarabağ atları” adlı sərgisi açılıb.

Kult.az xəbər verir ki, açılış mərasimində Azərbaycana rəsmi səfər edən Latviya baş nazirinin müavini, müdafiə naziri Artis Pabriks də iştirak edib.

“Nəinki Şuşada, həm də bu sərgidə olmağıma şadam. At dostluğun, azadlığın, müdrikliyin rəmzidir. Bu sərgi də Azərbaycanın Şuşaya qayıdışını, bu yerlərdə sülh və sabitliyin bərqərar olmasını göstərən əlamətdar hadisədir. Burada irimiqyaslı bərpa işlərinə də şahid oldum”, - deyə Latviya rəsmisi qeyd edib.

Latviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Viya Buşa deyib:

“Bu gün latviyalı rəssam Daçe Strausanın məşhur olan Qarabağ atlarına həsr olunmuş sərgisini bir yerdə açırıq”.

Rəssamın özü də uzun vaxtdır Qarabağ haqqında düşündüyünü, buraya səfər etmək istədiyini deyib:

“Burada olmağıma çox şadam. Qarabağ atlarının möhtəşəmliyini göstərmək üçün onları bundan sonra da çəkəcəyəm. Bu at cinsinin mövcudluğu faktı da göstərir ki, Qarabağ Azərbaycandır!”

Tarix
2022.04.28 / 17:13
Müəllif
Axar.az
Digər xəbərlər

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla