Yuxarı

Bakıda unikal müsabiqə keçiriləcək

Ana səhifə Kult Rəsm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda unikal müsabiqə keçiriləcək

Oktyabrın sonlarında paytaxtımızda "Bu sizsiniz" adlı rəsm müsabiqəsi baş tutacaq.

Mədəniyyət və Turizm Nazirliyindən Axar.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyənlər öz rəsm əsərlərini oktyabrın 15-dək Xətai Sənət Mərkəzinin rəsmi Feysbuk səhifəsinin mesaj qutusuna göndərə bilərlər.

İştirak üçün portret janrında fərqli üslubda (qara qələm, quru fırça, pastel, kömür, akvarel, akril, gips, döymə və s.) ən azı 3 rəsmin fotosunu göndərmək lazımdır.

Göndərilən işlərə münsiflər heyəti tərəfindən baxış keçiriləcək.
Münsiflər tərəfindən seçilmiş iştirakçılar oktyabrın 24-də saat 16:00-da Xətai Sənət Mərkəzinə gələrək öz bacarıqlarını canlı olaraq nümayiş etdirəcəklər.

Sonra qaliblərin mükafatlandırılma (I yer - 500 manat, II yer - 300 manat, III yer - 100 manat) mərasimi baş tutacaq. Müsabiqənin bütün iştirakçıları diplomla təltif olunacaq.

Tarix
2015.10.10 / 13:37
Müəllif
Nigar An
Digər xəbərlər

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla