Yuxarı

Həkim ölən xəstənin qızından 20 min pul tələb edir

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həkim ölən xəstənin qızından 20 min pul tələb edir

Bakı Sağlamlıq Mərkəzinin cərrahiyyə şöbəsinin müdiri Elçin Əzizov bir neçə gün bundan əvvəl onun içkili olması və bu səbəbdən də 67 yaşlı Vladimir Zotovun ölümünə səbəb olması barədə məlumat yayan şəxsi - V.Zotovun övladı İrina Zotovadan 20 min manat təzminat istəyir.

Artıq məhkəməyə iddia ilə müraciət etdiyini Trend-ə deyən E.Əzizov qeyd edib ki, İ.Zotova onun işgüzar nüfuzuna xələl gətirib, adını ləkələyərək rüsvay edib. Buna görə də İ.Zotova həkimə 20 min manat təzminat ödəməklə yanaşı, məlumatın yayıldığı bütün saytlar vasitəsilə ondan üzr də istəməlidir.

Qeyd edək ki, mərhumun övladı atasını müayinə edən həkimin içkili olduğunu, bu səbəbdən onun hətta liftə minə bilmədiyini, köməkçisinin ona kömək etdiyini, bütün bu anların isə mərkəzin videokamerasına düşdüyünü iddia edir.

Bakı Sağlamlıq Mərkəzinin direktoru Hikmət Həsənov isə videokameraya belə görüntülərin düşmədiyini, həkimin liftə minmədiyini, onun mərkəzə pilləkənlə sərbəst şəkildə qalxdığını, xalatını geyindikdən sonra yenidən pilləkənlə endiyini və əməliyyat otağına getdiyini, liftdən isə istifadə etmədiyini, həkimin xəstəni bütünlüklə müayinə etdiyini, onun hətta laparoskopik müayinədən belə kecdiyini söyləyib. H.Həsənov E.Əzizovun çox təcrübəli həkim olduğunu və içki içmədiyini bildirib.

Tarix
2016.09.02 / 14:23
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla