Yuxarı

Bu sadə yollarla qripdən qurtula bilərsiniz

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu sadə yollarla qripdən qurtula bilərsiniz

Havanın temperaturunun düşməsindən sonra ən çox rastlaşdığımız xəstəliklərdən biri də qripdir.

Axar.az asan yolla qripdən xilas olmağa kömək edəcək qidaları təqdim edir:

Qırmızı istiot

Qırmızı istiot C vitamini ilə zəngindir. Bu vitamin qripin təsirini 80% azaldacaq qədər güclüdür.

Qatıq

Qatığın tərkibində bağırsaqlardakı mikrobları məhv edən probiyotik olur. Beləcə, qrip virusunun orqanizmdə yaşaması qeyri-mümkün hal alır.

Yaşıl çay

Yaşıl çayda immuniteti gücləndirən "epiqallokatekin qallate" adlı kimyəvi maddə var. Həkimlər bu çaydan gündə 3 fincan içməyi tövsiyə edir.

Badam

Badam xəstəliklərlə döyüşən antioksidant E vitamini ilə zəngindir. Qripdən qorunmaq üçün hər gün 24 ədəd badam yeməyə çalışın.

Təzə kartof

Kartofun tərkibindəki "beta karote" orqanizmdə A vitamininə çevrilir və qripin müalicəsində mühüm rol oynayır.

Sarımsaq

Sarımsaq qriplə, xəstəliklə mübarizədə ən effektli vasitə sayılır. İçindəki sulfid maddəsi qripə yaxalanma riskini 2,5 dəfə azaldır.

Zəncəfil

Zəncəfilin tərkibindəki "qinqerol" maddəsi hər cür infeksiyadan qorunmaqda kömək edir.

Qoz

Qozdakı antioksidant selen soyuqdəymə, qrip və xərçəngə qarşı müdafiəni təmin edir. İçindəki selen nisbəti digər qidalardakı selendən 10 qat daha çoxdur.

Bal

Təbii bal antibakterial xüsusiyyətlərə malikdir. Çaya və ya qatığa qataraq istifadə etsəniz, təsiri daha da güclü olar.

Balıq

Balıq yeməklə omeqa 3 istehlakını artıraraq, qrip və oxşar infeksiyaları özümüzdən uzaq saxlaya bilərik. Həftədə 2 dəfə balıq yemək məsləhət görülür.

Soğan

Soğanın tərkibi təbii antibiotiklərlə zəngindir. Bu tərəvəz qripə qarşı immunitet sistemini gücləndirir.

Tarix
2016.10.12 / 01:04
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Prezident tapşırıq verdi: Diplomatlarımız təxliyə edildi

Bu hücumu qətiyyətlə pisləyirik - Pelleqrini

BMT də Naxçıvana hücuma səssiz qalmadı

Tsviyanoviçdən Əliyevə: Biz bunu qəti şəkildə qəbul etmirik

Bu səhifə Azərbaycanla bağlı dezinformasiya yayır

İlham Əliyev Babişə təşəkkür etdi

SEPAH Azərbaycanda bu hədəflərə hücum hazırladı - Video

Çexiya baş naziri İlham Əliyevə məktub göndərdi

Herisçi Təbrizdən müraciət yaydı: Onu məcbur ediblər? - Video

İlham Əliyev Vuçiçlə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla