Yuxarı

Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı

Türkiyədə televiziya proqramlarından birində çıxış edən professor Oytun Erbaşın soyuq qarpızla bağlı açıqlaması sosial mediada geniş müzakirələrə səbəb olub.

Axar.az Milli.az-a istinadən xəbər verir ki, Erbaş isti havalarda xüsusilə yaşlı insanların çox soyuq qidalar qəbul etməsinə diqqət etməli olduqlarını bildirib. Onun sözlərinə görə, həddindən artıq soyuq qidalar bəzi insanlarda mədə-bağırsaq problemlərinə və ishala səbəb ola bilər.

Professor yaşlı insanların ishal zamanı yaranan maye və elektrolit itkisini gənclər qədər asan kompensasiya edə bilmədiklərini vurğulayıb. Bu səbəbdən xüsusilə yüksək temperatur şəraitində susuzlaşmanın ciddi risk yarada biləcəyini qeyd edib.

Erbaş uşaqlar və xroniki xəstəlikləri olan şəxslərin də isti havalarda qidalanmalarına diqqət etmələrinin vacibliyini söyləyib. O, diabet xəstələrinin isə qarpızı həddindən artıq miqdarda istehlak etməməli olduğunu bildirib.

Qeyd edək ki, mütəxəssislər qarpızın yüksək su tərkibinə malik olduğunu, lakin diabet və digər xroniki xəstəlikləri olan şəxslərin porsiya miqdarına diqqət etməli olduqlarını bildirirlər.

Tarix
2026.08.29 / 01:58
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

Hakan Fidan Bakıya gəldi - Foto

Prezident və xanımı onlarla görüşdü

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

Qətər əmiri də Bakıya gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla