Yuxarı

Yeməkdən sonra yatmağın 4 ziyanı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeməkdən sonra yatmağın 4 ziyanı

Yeməkdən dərhal sonra uzanmaq və yatmaq olmaz.

Axar.az saglamolun.az-a istinadən bildirir ki, yeməkdən dərhal sonra uzanan və ya yatan insanda bəzi pozulmaların inkişaf riski xeyli artır.

1. Yeməkdən dərhal sonra uzanmaq və ya yatmaq ezofagit xəstəliyinin riskini artırır. İnsan uzandıqda mədədə olan turş kütlənin bir hissəsi geriyə - qida borusuna düşə bilər. Əgər bu hal tez-tez təkrarlanarsa, bu qida borusunun divarlarının iltihabına, divarlarda xoraların əmələ gəlməsinə səbəb olur. Qida borusunun iltihabı "ezofagit" adlanır. Ezofagit çox ciddi pozulma sayılır. Uzun müddət ərzində mövcud olan, müalicə olunmayan ezofagitin fonunda qida borusu xərçəngi inkişaf edə bilər.

2. Elmi araşdırmalar göstərib ki, yeməkdən sonra yatan insanda şəkərli diabet xəstliyinin riski artır.

3. Yeməkdən sonra yatan insanda piylənmənin riski artmış olur. Yuxu zamanı mübadilə proseləri ləngiyir və bu da bədən çəkinsinin artmasına gətirib çıxarır.

4. Yeməkdən dərhal sonra yatan insanların qanında xolesterinin səviyyəsi artır. Xolesterinin səviyyəsinin artması ürək-damar sisteminə çox mənfi təsir edir, insult və infarktın riskini artırır.

Alimlər yeməkdən sonra bir qədər gəzməyi tövsiyə edirlər.

Tarix
2016.11.06 / 23:54
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyanın 2031-ci il hədəfi nəyə hesablanıb? - 5 illik plan

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla