Yuxarı

Qırmızı lobyanın faydaları

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırmızı lobya ən faydalı və qiymətli məhsullardan biridir. Qırmızı lobya bütün dünyada mətbəxlərində geniş istifadə olunur və sevilir.

Axar.az saglamolun.az-a istinadən bildirir ki, lobyanı qidalanmaya daha tez-tez daxil edin. Bu həm sağlamlığınız, həm də gözəlliyiniz üçün çox faydalıdır.

Qırmızı lobyanın əsas faydaları:

- B qrupu vitaminləri ilə zəngin olan qırmızı lobya dəri, immun və sinir sistemi üçün olduqca faydalıdır.

- Qırmızı lobya qidalı liflərlə zəngindir. Qidalı liflər xərçəngdən qoruyur, bağırsaqların fəaliyyətini stimullaşdırır, qəbizliyin qarşısını alır, qanda şəkərin və "pis" xolesterolun səviyyəsini aşağı salır, orqanizmi toksinlər və şlaklardan təmizləyir.

- Lobya zülallarla zəngindir. Zülallar orqanizmin əsas "tikinti materialıdır". Bu göstəriciyə görə lobya ət və balığa yaxınlaşır. Lobyada olan zülal orqanizm tərəfindən çox asan mənimsənilir.

- Mis və dəmirlə zəngin olan qırmızı lobya qanın tərkibini yaxşılaşdırır, qanazlığı zamanı çox faydalıdır.

- Qırmızı lobyada olan kükürd dərinin vəziyyətini yaxşılaşdırır.

- Qırmızı lobya antioksidant maddələrlə zəngindir. Bu maddələr orqanizmdə qocalma proselərini ləngidir.

- Fol turşusu ilə zəngin olan qırmızı lobya hamilə qadınlar üçün xüsusilə faydalıdır. Hamiləlik zamanı bu vitaminin çatışmamazlığı döldə sinir sisteminin ağır inkişaf qüsurlarına səbəb olur.

- Kaliumla zəngin olan qırmızı lobya ürək və böyrəklər üçün olduqca faydalıdır, ödemləri azaldır, arterial təzyiqin tənzimlənməsinə kömək edir.

- Lobya çox tez toxluq hissi yaradır və bu səbəbdən arıqlamağa kömək edir. Lobyanın bu xüsusiyyəti müxtəlif pəhrizlər zamanı istifadə olunur. Hətta xüsusi lobya pəhrizi mövcuddur.

Tarix
2016.11.17 / 01:03
Müəllif
Axar.az
Digər xəbərlər

Təyyarə qəzası: BQXK başsağlığı verdi

Təyyarə faciəsi bizi dərindən sarsıtdı - Gürcüstan

AZAL məlumat yaydı: Son dərəcə ağır və faciəli bir gündür

Təyyarədə olan Qırğızıstan vətəndaşları sağ qalıb

Qəza anında kəlmeyi-şəhadət gətirən sərnişin sağ qaldı - Video

Məscidlərdə təyyarə qəzası qurbanlarının xatirəsi anılacaq

Hersoqdan təyyarə qəzası ilə bağlı açıqlama: Kədərləndim...

Matəm günü dərs olacaq? – Rəsmi

Qəzaya uğrayan təyyarə ilə bağlı yeni iddia: 50 dəqiqə...

Prezidentdən göstəriş: Onlar da Aktauya ezam olunur

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla