Yuxarı

Prezident təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - Video

14:45

Xəbər verdiyimiz kimi, Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiya Federasiyasına səfərə yola düşən Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edilib və dövlətimizin başçısı dərhal geri dönmək barədə tapşırıq verib.

Axar.az xəbər verir ki, təyyarə endikdən dərhal sonra Prezident İlham Əliyev hadisə ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunda müşavirə keçirib.

Dövlətimizin başçısı müşavirədə çıxış edərək deyib:

- Təyyarə qəzasında həlak olanlara Allahdan rəhmət diləyirəm. Onların ailələrinə, yaxınlarına Allahdan səbr diləyirəm, başsağlığı verirəm. Bu, böyük faciədir, Azərbaycan xalqına böyük faciə üz vermişdir.

Mən bu gün səhər MDB Zirvə görüşündə iştirak etmək üçün Bakıdan Sankt-Peterburqa təyyarə ilə uçurdum və uçuş zamanı bu qəza ilə, bu faciə ilə bağlı mənə məlumat verildi. Dərhal göstəriş verdim və təyyarə geriyə – Bakıya döndü. Hələ havada ikən mənim tərəfimdən müvafiq göstərişlər verildi, Baş nazirlə danışdım, onun rəhbərliyi ilə komissiya yaradıldı. Eyni zamanda, Azərbaycan nümayəndələrindən ibarət heyət qəzanın baş verdiyi Aktau şəhərinə ezam edilmişdir. Əlavə göstəriş verildi ki, Azərbaycan həkimlərindən ibarət briqadalar da Aktau şəhərinə tezliklə ezam olunsun.

Komissiyanın işi məsələni tam araşdırmaqdır, qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir. Mənə verilən məlumata görə, Bakı-Qroznı marşrutu ilə hərəkət edən AZAL şirkətinə məxsus təyyarə havanın pisləşməsi ucbatından istiqamətini dəyişmiş və Aktau hava limanına tərəf uçmağa başlamış, eniş zamanı qəza baş vermişdir. Mediada, sosial şəbəkələrdə təyyarənin qəzaya uğraması anları mövcuddur. Ona görə onu hər kəs görə bilər. Ancaq qəzanın səbəbləri bizə bəlli deyil. Müxtəlif versiyalar var. Hesab edirəm ki, hələ bu barədə danışmaq tezdir. Məsələ tam araşdırılmalıdır. Baş Prokurorluq tərəfindən cinayət işi açılmışdır və təbii olaraq Azərbaycan ictimaiyyəti həm komissiyanın işinin nəticələri, həm də cinayət işinin gedişatı ilə bağlı müntəzəm olaraq məlumatlandırılacaq.

Qəzada həlak olanların və onların yaxınlarının acısını çəkərək, həlak olanlara Allahdan bir daha rəhmət, yaralananlara şəfa, həlak olanların, yaralananların yaxınlarına, doğmalarına səbr diləyirəm. Sağ olun.

Tarix
2024.12.25 / 16:16
Müəllif
Axar.az
Digər xəbərlər

Rumıniya XİN-dən Azərbaycanla bağlı açıqlama

Sərhədin açılması üçün Türkiyənin şərti budur - Mirzoyan

Mirzoyandan dəhliz açıqlaması

Mehdiyevlə Əhmədzadə bir məqsədə xidmət ediblər - Faktlar

Zirəddin: Mehdiyevin ardınca daha iki səs-küylü həbs...

Rəşad Nəbiyev yenidən federasiya prezidenti seçildi

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Azərbaycanla həmişə bərabər olmağa davam edəcəyik!

İlham Əliyevin "Kazinform"a müsahibəsi - Tam mətn

Mehriban Əliyeva və gəlini Müqəddəs Taxt-Tacda açılışda...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla