Yuxarı

Millimizin kapitanı: Duman və alovu canlı gördüm

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millimizin kapitanı: Duman və alovu canlı gördüm

Futzal üzrə Azərbaycan millisinin kapitanı Rövşən Hüseynli təyyarə qəzası zamanı Aktaudakı hava limanında olub.

Axar.az xəbər verir ki, bu barədə Report-a 33 yaşlı qolkiperin özü məlumat verib.

O, Qazaxıstanın "Astana" klubu ilə birgə Astana şəhərinə qayıtmaq üçün Aktau hava limanına yollanarkən faciəvi hadisəyə şahidlik edib:

"Qazaxıstan Kubokunun oyunlarına görə Aktau şəhərinə gəlmişdik. Geri qayıtmaq üçün "Astana" klubunun kollektivi ilə birlikdə avtobusa əyləşdik və Aktau hava limanına doğru hərəkət etməyə başladıq. Bu şəhərin hava limanına gedən yolunda olanlar bilir ki, ətraf açıqlıqdır və və hər tərəf aydın görünür. Birdən səs-küy düşdü ki, təyyarə qəzaya uğrayıb. Dərhal başımı çevirdim və tüstü, duman və alovu canlı gördüm. Hadisə yerinə gələn yanğınsöndürənlər, təcili tibbi yardım maşınları və helikopterlər yaxınlığımızda idi. Hadisəyə görə Astanaya olan reysimiz 4 saat ləngidi. Təyyarədə olsaq da, nə vaxt havaya qalxacağımızı bilmirik".

Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə Qazaxıstanın Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri ilə birlikdə 67 nəfər olub.

Son məlumata görə, 32 nəfər sağdır.

Tarix
2024.12.25 / 17:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN İspaniyaya başsağlığı verdi

Azərbaycan xalqının məruz qaldığı ən dəhşətli faciələrdən biri...

Rusiya Azərbaycan vətəndaşlarını deportasiya etdi

Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı

Sabah başlayır: Paşinyan görüşə niyə getmədi?

İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi

Trampın İran mesajı: yeni lider axtarır

Müharibəyə getmək üçün azərbaycanlılara bu qədər təklif edilir

İranla bağlı vaxt çatdı - Tramp elan etdi

İxtisar zamanı bu şəxslərə toxunulmayacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla