Yuxarı

Sumqayıtda ana ölümü: həkim mərhumu günahkar çıxardı - Şok

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumayıtda baş verən ana və körpə ölümünün dəqiq səbəbi 10 gündən sonra məlum olacaq.

Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova Teleqraf.com-a bildirib ki, meyit Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin mərkəzi şöbəsinə təhvil verilib: “İlkin məlumat kimi deyə bilərəm ki, bu, 1979-cu il təvəllüdlü Gülnarə Təyyar qızı Əkbərovanın üçüncü hamiləliyi olub. Sumqayıtda qadın məsləhətxanasında qeydiyyatda və nəzarətdə olub. Təbii doğuş üçün Sumqayıt şəhər 1 saylı Doğum evinə müraciət edib. Doğuş demək olar ki, fəsasdsız keçib.

Amma körpənin ürək döyüntüləri tək-tək olduğu üçün doğuşdan qısa zaman sonra ölüb. Daha sonra anada uşaqlığın yığılma qabiliyyəti pozulduğu üçün qanaxma baş verib. Aparılan reanimasiyon tədbirlərə baxmayaraq qadın ölüb. Məhkəmə Tibbi Ekspertizia və Patoloji Anatomiya Birliyi tərəfindən tam ölümün səbəbi bilindikdən sonra Səhiyyə Nazirliyində doğuşa yardım komisiyasının iclası keşirləcək və qərar veriləcək”.

Sevinc Məmmədova qeyd edib ki, heç bir həkim istəməz, ona müraciət edən ana və onun körpəsi ölsün: “Hansı həkim isətəyər ki, səhlənkarlıq etsin, xəstəsi ölsün? Araşdırmaq lazımdır ki, hadisə hansı məqamda, necə baş verib. Çox güman ki, anada gizlin keçən xəstəlik olub. Biz ilkin müayinəni araşdırdıq. Həmin vaxt qadına hər bir tədbirlər icra olunub. Həmin tədbirlərin yardımı olmayıbsa, deməli, qadının bədənində dərin dəyişikliklər olub. Nə dəyişikliklərin olması analizlərin nəticəsində bilinəcək.

Burada valideynlərin, ailənin də böyük günahı var. Xanımın hansısa xəstəliyi olub, onu gizlədib, vaxtında həkimə aparıb müalicə etdirməyiblər. 18 ildən sonra qadın hamilə olub. Bildiriniz kimi 30 yaşdan sonra qadında yaşla əlaqədar fizioloji dəyişiklər olur. Bəlkə hansısa dəyişikliklər olub vaxtında həkimə getməyib?”

Tarix
2017.05.10 / 12:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

AP-nin komitə üzvü Bakıya qarşı qərəzli mövqeyi pislədi

Nəcməddin Sadıqov mənə bir dəfə 300 min, bir dəfə də...

Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla