Yuxarı

Gün yanıqlarını müalicə etməyin ən yaxşı üsulları

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gün yanıqlarını müalicə etməyin ən yaxşı üsulları

Çimərlik mövsümündə gün yanıqları problemi çox aktual olur. Alov və ya kimyəvi maddələrdən olan yanıqlardan fərqli olaraq gün yanıqları özünü dərhal büruzə vermir, insanı "aldadır".

Yalnız çimərlikdən evə qayıtdıqdan bir neçə saat sonra dəri qızarmağa və şişməyə başlayır, quru və həssas olur, qaşınır, ağrıyır.

Sağlamolun.az-ın məlumatına görə, gün yanıqları adətən yüngül, səthi olsa da dermatoloqlar belə yanıqları çox təhlükəli hesab edir ki, bu yanıqlar dəri xərçənginin riskini artırır. Bu səbəbdən çimərlikdə dincələndə özünüzü gün yanıqlarından mümkün qədər qoruyun. Bunun bir neçə sadə qaydası var:

- yalnız səhər və axşam saatlarında "zaqar" alın

- 11.00-17.00 radələrində açıq günün altında olmayın

- dərinizi günə öyrəşdirin - açıq günün altında keçirdiyiniz vaxtı tədricən artırın (əvvəl 10-15 dəqiqə, sonra yarım saat, sonra 1 saat)

- dənizdən çıxandan dərhal sonra açıq günün altında qalmayın, tentin altında dincəlin

- eynək, baş örtüyü mütləqdir.

Əgər siz çimərlikdə yanmısınızsa, ilk saatlarda ən yaxşı yardım üsulu - sərin duş və soyuq su ilə kompreslərdir. Həmçinin sürtgəcdən keçirilmiş soyuq xiyar, müalicəvi bitkilərin (çobanyastığı, kalendula, palıd qabığı) dəmləmələri (kompres şəklində), soyuq qara çayla islatmalar da yaxşı kömək edir.

Apteklərdə satılan ən yaxşı vasitələrdən biri tərkibində dekspantenol olan vasitələr (pantenol və s.) sayılır. Onlar iltihabı və ağrını azaldır, dərinin bərpasını tezləşdirir. Sprey şəklində olan vasitələrə üstünlük verin.

Kəskin dövr keçdikdən sonra dərinin bərpasını tezləşdirmək üçün solkoseril, çaytikanı yağı kimi vasitələrdən istifadə etmək olar. Soyulan dərini qopartmaq, skrablardan, cod hamam liflərindən istifadə etmək olmaz!

Ağrıları azaltma üçün tərkibində parasetamol və ya ibuprofen olan həb qəbul edin, çoxlu su için, geniş, sıxmayan paltar geyinin.

Dəridə qabarlar əmələ gəlib, dəri səthinin 50% və bundan artıq yanıb, üz dərisi çox yanıb, hərarət yüksəlib, ürəkbulanması, baş ağrısı varsa, mütləq həkimə müraciət edin.

Tarix
2017.07.08 / 01:30
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Mirşahinə: Bunu sizin qədər bilən ikinci bir şəxs...

Azərbaycan buna çox önəm verir - PA rəsmisi

Azərbaycana yola düşürəm, bu, bir fürsətdir - Pelleqrini

Əli Əsədov Sonderslə görüşdü

Bayramov ÜGT-nin baş katibi ilə görüşdü - Foto

Onlarla mübarizəmiz daimi olacaq - İlham Əliyev

Biz Suriyaya qaz nəql edirik, qonşu ölkələrə də keçə bilərik

IV Şuşa Qlobal Media Forumu ilə bağlı - Videoçarx

Qarabağın bərpasında Azərbaycana ilk yardım edən şəxs...

İranda Azərbaycana qarşı “qaçqın dəstəsi” yaradılır

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla