Yuxarı

Gəncə xəstəxanasında qalmaqal: direktor etiraf etdi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəncə xəstəxanasında qalmaqal: direktor etiraf etdi

Mərkəzi Klinik Gəncə Xəstəxanasında baş verən son direktor təyinatı qalmaqalla müşayiət olunur.

Xəstəxanadan Axar.az-a daxil olan məlumata görə, iyunun 9-da kollektivə təqdim olunan yeni Baş direktor Rəşad Məmmədov sərt qaydaların tətbiqinə başlayıb: xəstəxanada iş saatı artırılıb, nahar fasiləsi ləğv olunub. Elə şikayətlərin qarşısının alınması istiqamətində də tədbirlər görülüb.

Adının çəkilməsini istəməyən işçinin verdiyi məlumatda iddia edilir ki, Baş direktor kollektivə Gəncədən Bakıya hər hansı şikayət getməməsi ilə bağlı xəbərdarlıq edib.

İş saatının uzadılması və nahar fasiləsinin ləğv olunması qarşılığında həkimlərin əməkhaqqının artırılması istəyini isə Baş director ümumiyyətlə yaxın buraxmayıb və bu, direktorla işçilər arasında sərhədləri aşan söz duelinə gətirib çıxarıb.

Mənbə insidentin iyun ayının 11-də baş verdiyini bildirir. Həmin gün keçirilən iclasda 12 illik təcrübəyə malik adının çəkilməsini istəməyən cərrahın tələbləri Baş direktorla ciddi mübahisə yaradıb.

Sonda R.Məmmədov xəstəxanada yalnız iki – ümumi cərrah Şamil Bədəlov və ürək-damar cərrahı Vüqar Qapaqovun peşəkar olduğunu, digər həkimlərin isə savadsız, tibbdən başı çıxmayan və klinikanın nüfuzuna zərbə vuran dırnaqarası həkimlər olduğunu bildirərək, iki həkimdən başqa hamının işdən çıxmaq istəyindən yalnız sevinəcəyini deyib. Baş direktorun sözlərinə görə, məhz onların sayəsində Mərkəzi Klinik Gəncə Xəstəxanasında neqativ hallar yaşanır, əhalinin bu xəstəxanaya etimadı yoxdur.

Tarix
2014.06.15 / 11:54
Müəllif
Ruhiyyə Daşsalahlı
Digər xəbərlər

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla