Yuxarı

Zaurun məşhurlaşdırdığı dələduz həkimlə bağlı - Yeni fakt

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zaurun məşhurlaşdırdığı dələduz həkimlə bağlı - Yeni fakt

ATV telekanalında yayımlanan “BizimləSən” verilişi vasitəsilə məşhurlaşan dələduz ginekoloq Natiq Məhərrəmov haqqında maraqlı fakt üzə çıxıb.

Axar.az xəbər verir ki, N.Məhərrəmovun bir müddət əvvəl “Leyla Şıxlinskaya” klinikasında çalışdığı məlum olub. Belə ki, onun İnstaqram səhifəsində paylaşdığı fotolarda sözügedən klinikanın loqosu yer alıb. Bundan başqa, Natiq Məhərrəmov iş başında ikən çəkilən fotolarında da məkan kimi klinikanı qeyd edib.

“Leyla Şıxlinskaya” klinikasında dələduzluq, vergidən yayınma və s. Faktlarla bağlı Ağır Cinayətlər Məhkəməsində proses davam edir.

Xatırladaq ki, Bakıda 11 ünvana, o cümlədən dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan “Sanimed” və “Epidbiomed” Məhdud Məsuliyyətli Cəmiyyətlərin inzibati binalarına, onlara məxsus anbarlara, aptek şəbəkələrinə, yaşadıqları mənzillərə, habelə dərman vasitələrinin qanunsuz satılması prosesində iştirak etmiş bəzi həkimlərin iş otaqlarına baxış keçirilib və qanun pozuntularını törədən şəxslərin əməlləri ifşa edilib.

Minval.info-nun əldə etdiyi məlumata görə, saxta, qanunsuz, lazımsız və bahalı dərmanların xəstə insanlara satılmasına kömək edib, bu yolla böyük məbləğdə pul qazanan həkimlərin arasında ATV-nin məşhurlaşdırdığı ginekoloq Natiq Məhərrəmov da var. O, həbs edilən cinayətkarlarla əlbir olub, onlardan mütəmadi olaraq pul alaraq şirkətin dərmanlarını satdırıb. Onların sonuncu dəfə 1000 manatlıq ödəniş prosesi gizli kamera ilə çəkilib.

Natiq Məhərrəmovun bu qədər məşhur olmasının səbəbi isə ATV telekanalında yayımlanan, aparıcısı Zaur Baxşəliyevin olduğu “BizimləSən” verilişidir. O da saxta dərmanları xəstələrinə aldıraraq həm sağlamlıqları ilə oynayıb, həm də onları borca salıb. Əldə etdiyi bu gəlirlərlə də verilişə sponsor olub.

Tarix
2018.05.01 / 12:25
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Zakir Həsənov azad olunmuş ərazilərdə - Foto

Sülh heç vaxt təmin olunmur - Papuaşvili

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Overçuk Zəngilanda səfərdədir: Mühüm iclas keçirildi - Foto

Sahibə Qafarova Matviyenko ilə görüşdü: AZAL təyyarəsi...

Simonyanla Qafarova ayaqüstü görüşdü - Foto

Rusiyalı iş adamlarının Qarabağda quruculuqda iştirakı...

Azərbaycan Rusiya ilə sənədlər imzaladı

Ermənistandan 960 dollara nə almışıq? - İrəvan təkzib etdi

Kremldən AZAL təyyarəsi ilə bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla