XXI əsr insanının ən böyük problemlərindən biri qida ilə
bağlıdır. Təbiətin şıltaqlıqları, insanların ağılalmaz kəşfləri
günü-gündən qida rasionumuza təsir edir. Üstəlik, hər ölkənin yemək
bişirməklə bağlı öz vərdişləri və hər mədəniyyətin fərqli bir damaq
zövqü var.
Bəs nə üçün bəzi yeməklər qadağan olunub?
Əslində, dünyada qadağan olunan yemək eyni səhiyyə narahatlığını
daşımasa da, bəzi yeməkləri qanunsuz edən səbəblər nəsli tükənməkdə
olan heyvanlardan çıxarılan orqanlar, bişirmə texnologiyası və ya
ölkənin tarixi prinsiplərindən irəli gəlir.
Amerikada marketlərdə satılan işlənmiş və qablaşdırılmış
yeməklərin təxminən 80 faizi digər ölkələrdə qadağandır.
Ann.az dünyada qadağan olunan 17 yemək növünü təqdim edir:
1.
Ortolan:
Min illərdir ki, sərçə böyüklüyündə olan bu quş fransızların
xüsusi ləzzət alması üçün işgəncə görüb. Bu yazıq quş gün işığından
qorunması və qaranlığın onun ətini dadlandırması üçün bişirilməzdən
əvvəl ya qaranlıq otaqda saxlanılır, ya da gözləri ovulur.
Ortolan quşu normal ağırlığından 4 dəfə böyüyənə qədər
yemləndirilir. İdeal kiloya çatdığında isə onu boğur və
qızardırlar. Artıq ortolanların nəsli tükənməkdə olduğundan Fransa
hökuməti ona qadağa qoyub.
2. Qaz
ciyəri:
Qaz ciyəri də fransızların məşhur ləzzətli yeməklərindən biridir
və yeməyin əsl adı "Yağlı ciyər"dir.
Ördək və ya qaz ciyərindən hazırlanır. Quşların ciyərləri
normaldan 10 qat daha böyük olana qədər müxtəlif tətbiqlərdən
keçirilir.
Sonra ciyərlər xüsusi dad alması üçün bal və süd içərisində
saxlanılır. Ciyər bu quşlar kəsilmədən, xüsusi üsulla ağızlarından
çıxardılır və daha sonra yemək hazırlanır.
Heyvanların məruz qaldığı bu vəhşilik səbəbiylə Amerikanın bəzi
ştatları da daxil olmaqla 14 ölkədə qaz ciyəri yemək qadağan
edilib.
3. Fuqu
balığı:
Fuqu - dünyanın ən zəhərli onurğasız heyvanıdır. Əti Yaponiya və
Koreyada ən ləzzətli olaraq qəbul edilir, ancaq doğru bişirilməzsə,
nəticə ölüm ola bilər. Fuquda tetrodotoxin deyilən təhlükəli
miqdarda zəhərli maddə var.
Doğru hazırlanmadığında toksin balığın ətinə hopur və onu yeyən
adamın əzələləri iflic olur, boğularaq ölür. İndiyədək dərmanı
tapılmayıb.
Ölmək üçün bir neçə milliqram ət yemək belə kifayətdir. Avropada
yasaqdır.
4. Casu
Marzuk:
Fransızların çox sevdiyi bu pis qoxulu çürük pendir Sardiniya
adasının ənənəvi bir ləzzətidir. Çox vaxt Casu Marzunun içində hələ
qurd sürfələri onu təhlükəli edir.
Mədədəki mədə turşusu sürfələri öldürmək qabiliyyətinə malik
olmadığından, bu da onların bağırsaqlara, digər orqanlara keçməsinə
səbəb ola bilər.
Buna görə çürük pendir Amerika və Avropada qadağandır.
5.
Absinthe:
Müxtəlif bitkilərin yarpaqlarından əldə edilən absinthe ən
yüksək spirt nisbətinə sahib bir içkidir. Absinthenin yaradıcılığı
artırdığına inanırlar, eyni zamanda, halisünasyalara və aqressiv
davranışlara səbəb olduğu barədə rəy var.
Fransada 100 ildən uzun müddətdir yasaqdır, amma 2011-ci ildə
keçirilən səsvermə nəticəsində yenidən marketlərdə yerini alıb.
Absinthe ABŞ, Yeni Zellandiya və Avstraliyada qəti olaraq
qadağan və qanun xaricindədir.
6. Arsenikli
toyuq:
Arsen - hər kəsin bildiyi bir zəhər növüdür. Yaxşı onu niyə
yeməklərimizi içinə qoyuruq? Fabrik toyuqlarının, digər ət məhsullarının
daha çəhrayı görünməsi və daha uzun müddət təzə qalması
üçün.
Arsen maddəsi xərçəngə gətirib çıxarır, bu səbəblə arsenikli
toyuqlar Avropada qadağandır.
7. Raktopamin qatqılı
ət:
Raktopamin - heyvanlardakı əzələ kütləsini artırmaq üçün
istifadə edilən sintetik bir qatqı maddəsidir.
Raktopamin maddəsi obeziteye, ürək problemlərinə, insomniya, baş
ağrısı və spazmlara səbəb ola bilər.
Avropa, Rusiya, Çin daxil, 160 ölkədə qadağan edilib.
8. Ferma
somonu:
Hər kəs qızılbalıqlar nəslinə aid olan somonun sağlam bir yemək
olduğunu düşünə bilər. Əslində təbii mühitdən gələnlər üçün belə
düşünmək doğrudur.
Ancaq fermada yetişdirilmiş bu balıqlar antibiotik və digər
dərmanlar verilərək yetişdirildiyindən heç də təbii hesab
olunmurlar.
Bu balıqdan yeməyi Avstraliya və Yeni Zelandiya hökumətləri
qadağan edib.
9. İdmançı içkiləri və
limon ətirli sodalar:
Bromlu tərəvəz yağı - alovlanma verən patentli, sintetik bir
kimyəvi maddədir. Eyni zamanda Amerikadakı limon ətirli sodalar və
idmançı içkilərində olan bir maddədir.
Avropa daxil, 100-dən çox ölkədə tiroid problemlərinə yol
açması, cinsi üzvlərin böyümə prosesinə təsir etməsi və
şizofreniyaya aparması səbəbiylə yasaqlıdır.
10. Kalium tərkibli
çörək:
Çörək istehsalı ilə məşğul olan iş adamları xəmirin daha elastik
olması və tez bişməsini təmin etmək üçün kaliumdan istifadə
edirlər.
Bu çörəkdən istifadə isə böyrək çatmazlığı, sinir sistemində
funksiya pozuqluqları, tiroid problemləri, həzm problemləri və
xərçəngə səbəb olur, bu səbəbdən də Çin, Avropa, Kanada və
Braziliyada qadağan olunub.
11. Çəhrayı ət
əzməsi:
Adı da dadı qədər iyrənc gəlir. Çəhrayı ət əzməsi (pink slim)
müxtəlif ət artıqlarından istehsal olunur və bir zamanlar it yalı
olaraq istifadə edilən qida növüdür.
Rəngi daha da
çəhrayı görünsün deyə ətin tərkibində amonyak çoxluq təşkil edir.
Çəhrayı ət əzməsi Amerikadakı sosiskalı və burqerlərdəki ətin ana
maddələrindən biridir.
Avropada isə bu yeməklərə qadağa qoyublar.
12.
Olestra:
Olestra, ya da OLEAN - kartof cipsi və kartof qızartması kimi
qəlyanaltılarda istifadə edilən sintetik kalori və xolesterol
qaynağlı bir yağdır.
Procter & Gamble tərəfindən yaradılıb təqdim edilən bu
məhsul, İngiltərə və Kanadada ishal, bağırsaqla əlaqədar
problemlərə yol açıb bədəndəki vitamin və minarələri atdığı üçün
qadağan edilib.
13. Samosa
bükməsi:
Afrika və Hindistan guşələrindən gələn bu ənənəvi samosalar
içinə tərəvəz və ya ət doldurulan ədviyyatlı üçbucaq şəklindəki
qızardılmış xəmirdən meydana gəlir.
Somalidə qadağandır. Çünki Müqəddəs Üçlü'yü işarələyən üçbucaq
şəkli səbəbiylə Somalinin İslami qrupu al-Shabab tərəfindən
"xristianlığın yayılması" və "təhqir edici" hesab olunur.
14. Sterilizə olunmayan
süd:
Avropada daha çox xam südün daha bəsləyici və ləzzətli olduğunu
düşünürlər.
Ancaq Amerikanın 22 ştatında listeriosis, salmonella, e-coli və
Campylobacter bakteriyalarının və mikrob daşıyan təhlükənin olması
səbəbilə sterilizə olunmayan süd içmək qadağandır.
Qanun yalnız sterilizə olmayan südü deyil, sterilizə olmayan
bütün gündəlik məmulatları da qadağan edir.
15. Kinder sürpriz
yumurta:
Hər kəs uşaqlarına Kinder sürpriz yumurtadan alıb. Ancaq ABŞ- da
bunu artıq edə bilməzsiniz.
Üstəlik qadağana səbəbi şokoladın içindəki uşaqların uda
biləcəyi kiçik oyuncaqlar deyil.
Qadağanın tək səbəbi şokoladən tərkibi ilə bağlıdır.
16. Sakatat
səbzəsi:
Hansı şotlanddan
soruşsanız, viskinin və sakakat səbzə- si ölkələrinin simvolları olduğunu söyləyəcək. Yaxşı,
sakatat səbzəsi nədir?
Ləzzətli bir şeydir. Qoyun ciyəri və digər orqanlarının
qarışığından hazırlanır və heyvanın mədəsinin içində bişirilir.
Qadağan edilməsinin səbəbi isə ABŞ-da qoyun ciyəri ticarətinə
qarşı olan bir qanundur.
17.
Sasafras:
Şimali Amerikada yetişən bu kiçik ağacın yarpaqları bir çox
yeməkdə ədviyyat olaraq istifadə edilər. Bunda bir təhlükə
yoxdur.
Ancaq bu ağacın köklərindən əldə edilən yağ Amerikada pivə və
bəzi içkiləri şirinləşdirmək üçün istifadə edilib.
Lakin 1960-cı illərdə yağın tərkibindəki bir maddənin ağciyər
xərçənginə səbəb ola biləcəyi maddələrin tapılması bu yağın
istifadəsinə qadağa ilə nəticələnib.