Yuxarı

Bakıda məşhur mağazadan 21 minlik "Ayfon" oğurlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda məşhur mağazadan 21 minlik "Ayfon" oğurlandı

Bakıda elektronika mağazasından külli miqdarda oğurluq edilib.

Axar.az lent.az-a istinadla xəbər verir ki, hadisə Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən “Elit Optimal” mağazasında qeydə alınıb.

33 yaşlı Ələddin Qafarov (ad və soyad şərtidir) mağazanın qapısını ayağı ilə vurub sındıraraq, içəridən ümumi dəyəri 21 min manatdan çox olan 8 ədəd Ayfon-15 Plus, Ayfon-16, Ayfon-16 Pro markalı telefonları oğurlayıb.

Bu əməlinə görə, onun barəsində Cinayət Məcəlləsinin 177.2.3 (oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 177.2.4-cü (oğurluq külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Xətai rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə keçirilən iclasda Ələddin Qafarov barəsində 2 il 6 müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Tarix
2025.10.29 / 15:41
Müəllif
Axar.az
Digər xəbərlər

AB Bakı və İrəvanı dəstəkləyir - Kallas

Azərbaycanın Omandakı səfirliyinin açılışı oldu

Monteneqroda saxlanılan azərbaycanlı ilə bağlı rəsmi açıqlama

Mehdiyevin siyahısı: 50 nəfərdən 2-sinin adı açıqlandı

“Tramp yolu” bunlara şərait yaradır - Simonyan

Elton Məmmədov dövlətə 3 milyon ödədi - Rəsmi xəbərdarlıq

Bakı və İrəvan bunları müzakirə edir - Arutyunyan

Şahbaz Şərif Azərbaycana gəlir - Paradda iştirak edəcək

Rusiya Azərbaycana qarşı Frunze ssenarisi hazırlayır - Şok iddia

Azərbaycanlı milyarderə ağır zərbə - Gözlənilməz proses...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla