Yuxarı

Mehdiyevin oğlu Naxçıvanda hərəkətə keçdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehdiyevin oğlu Naxçıvanda hərəkətə keçdi

Ramiz Mehdiyevin oğlu, fövqəladə hallar nazirinin müavini Teymur Mehdiyev sahibləndiyi Naxçıvanın Duzdağ mədənlərində böyük narazılıq yaradıb.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, hazırda mədənlərdə çalışan fəhlələr işsizdir, istehsal dayanıb, yerli duz bazardan yoxa çıxmaq üzrədir.

Formal olaraq işlərin dayandırılması “çökmə riski” ilə əlaqələndirilir, amma yerli sakinlər və mədən işçiləri deyir ki, bu “risk” sadəcə bəhanədir, süni şəkildə yaradılmış ajiotajdan başqa bir şey deyil. pizza hut

“Gündəlik Naxçıvan”ın əməkdaşına danışan işçilərin dediyinə görə, artıq bir neçə gündür bütün mədənlərə giriş-çıxış qadağan olunub, duz çıxarılması tam dayandırılıb. Halbuki, həmin ərazidə illərlə çalışan fəhlələr bildirirlər ki, mədənlərin çökmə təhlükəsi barədə indiyə qədər heç bir ciddi göstərici olmayıb:

“Bir neçə aydır ki, mədənlərin çoxu səbəbsiz yerə bağlanmış, istehsal minimuma endirilmişdi. İndi isə guya monitorinq aparıb, çökmə riskinin olduğunu deyirlər. Nə oldu, niyə özəlləşmə başlayandan sonra çökmə riski yarandı? Biz illərlə orada çalışmışıq, belə təhlükə olsaydı, bunu hamıdan əvvəl biz bilərdik”.

İşçilərin sözlərinə görə, mədənlərdə vəziyyət tədricən böhran həddinə çatıb, bir çox fəhlələr aylarla maaş almır, bir qismi isə məcburən işdən çıxarılıb:

“Aylardır maaş almayan işçilər var. Monopoliya uğrunda gedən mübarizədə biz fəhlələr qurban verildik. Yerli duza öyrəşmiş insanlar indi bazarda onu tapa bilmir, çünki istehsal dayandırılıb. Naxçıvanda duz tapmaq müşkülə çevrilib, başqa rayonlardan gətirilən duz isə çox baha satılır. Bu da əhalidə ciddi narazılıq yaradıb”.

Məlumatlara görə, Duzdağda ən iri istehsalçı olmuş “Naxçıvan Duz İstehsalı” MMC bu ilin may ayında özəlləşdirmə tenderinə çıxarılıb. Rəsmi sənədlərə əsasən, tenderin qalibi “Şərq-Qərb” ASC olub. Amma kulislərdə yayılan xəbərlərə görə, bu şirkətin 96 faizi Ramiz Mehdiyevin oğlu – Teymur Mehdiyevə məxsusdur.

Beləliklə, Naxçıvanın strateji iqtisadi mənbələrindən biri olan Duzdağ mədənləri də keçmiş Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ailəsinin nəzarətinə keçib.

Hadisələrin gedişi göstərir ki, Mehdiyevin oğlu duz mədənlərində süni narazılıq yaratmaqla Naxçıvanda yüzlərlə fəhləni ayağa qaldırmağa çalışır.

Hazırda Naxçıvanda yüzlərlə ailə duz mədənlərindəki dayanmanın nəticəsində işsiz və gəlirsiz qalıb. Əhali isə yerli duzun yoxa çıxması səbəbindən kənd təsərrüfatı və qida sənayesində əlavə xərclərlə üzləşir.

Sakinlərin sözlərinə görə, Naxçıvanda duz sadəcə mineral deyil, həm də mədəni və tarixi simvoldur. Duz mədənlərinin Mehdiyevlər ailəsinin öz şəxsi-siyasi maraqlarına qurban verilməsi əhali arasında ciddi qəzəb doğurur.

Tarix
2025.10.29 / 16:45
Müəllif
Axar.az
Digər xəbərlər

Məzahir Pənahov yola salınır - Yeni sədr kim olacaq?

Mehdiyevin nəvəsi "Lamborcini" ilə gəzir - Video

Ceyhun Bayramov Səmərqəndə getdi

İlham Əliyev Rumıniya Senatının sədrini qəbul etdi

AB Bakı və İrəvanı dəstəkləyir - Kallas

Azərbaycanın Omandakı səfirliyinin açılışı oldu

Monteneqroda saxlanılan azərbaycanlı ilə bağlı rəsmi açıqlama

Mehdiyevin siyahısı: 50 nəfərdən 2-sinin adı açıqlandı

“Tramp yolu” bunlara şərait yaradır - Simonyan

Elton Məmmədov dövlətə 3 milyon ödədi - Rəsmi xəbərdarlıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla