Atatürk Sülh Mükafatını ona təqdim edəcəm - Ərdoğan
22:30
| Ana səhifə Gündəm |
|
Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibi yenidən formalaşacaq.
Axar.az xəbər verir ki, bu barədə Metbuat.az-a MSK-dakı mənbə məlumat verib.
Onun sözlərinə görə, MSK-nın buraxılması ilə bağlı qərar yaxın 3 ay ərzində elan olunacaq.
Məlumatlı şəxs bildirib ki, MSK-nın yeni tərkibi gələn ilin martında seçiləcək. Onun qənaətinə görə, oğlunun adı ətrafında yaranan qalmaqaldan sonra Məzahir Pənahovun yenidən sədr seçilməsi mümkün deyil. Mənbə çamadan əhval-ruhiyyəsində olan 74 yaşlı Pənahovun taleyi ilə barışdığını vurğulayıb.
Siyasi kluarlarda MSK-nın yeni sədrinin Rövzət Qasımov olacağı iddia edilir. Rövzət Qasımov 23 oktyabr 2019-cu ildən MSK sədrinin müavini vəzifəsində çalışır.
|
Tarix
2025.10.29 / 19:40
|
Müəllif
Axar.az
|