Yuxarı

İlham Əliyev Rumıniya Senatının sədrini qəbul etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Rumıniya Senatının sədrini qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 29-da Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudeanı qəbul edib.

Axar.az xəbər verir ki, qonaq Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması, bu xüsusda Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə bəyannamənin imzalanması, Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanması münasibətilə dövlətimizin başçısını təbrik etdi, bunun bütün regionda sülhün təmin olunmasına və inkişafa xidmət edəcəyinə ümidvarlığını bildirdi.

Mirça Abrudean bu gün Bakıda Milli Məclisin xətti ilə keçirilən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransında iştirakdan məmnunluğunu ifadə etdi, bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu dedi.

Azərbaycan ilə Rumıniyanın dost və tərəfdaş ölkələr olduğunu vurğulayan qonaq əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların mövcudluğunu vurğuladı. Senatın sədri ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin, həmçinin beynəlxalq parlament təsisatlarında əməkdaşlığın önəmini qeyd etdi.

Təbriklərə görə təşəkkürünü bildirən dövlətimizin başçısı Azərbaycan Ermənistanla arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı məsələdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın xüsusi roluna toxundu, bu istiqamətdə əldə olunmuş nailiyyətlərin bütün region üçün tarixi əhəmiyyət kəsb etdiyini dedi.

Söhbət zamanı Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstanın iştirakı ilə Buxarestdə Xəzər dənizinin dibi ilə elektrik kabel xəttinin tikilməsi layihəsinin önəmi vurğulandı, bunun ölkəmizin və Mərkəzi Asiya regionu dövlətlərinin bərpaolunan enerji resurslarının Avropa bazarlarına çıxarılması baxımından əhəmiyyətinə toxunuldu.

Görüşdə Azərbaycanla Rumıniya arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

Tarix
2025.10.29 / 18:58
Müəllif
Axar.az
Digər xəbərlər

Zəngəzurun açılmasını həyəcanla gözləyirəm - Ərdoğan

Ərdoğanın Gülüstan sarayında təbrik məktubu oxundu

Heydər Əliyev Mərkəzi Türkiyə bayrağına büründü

TRİPP xətti üzrə bağlantıların yaradılması üçün... - Əliyev

Bilal Ərdoğan Azərbaycanda

Ukraynadan daha 12 uşaq Azərbaycana gətirildi

“KQB” şinelindən çıxan müxalifətin casusluq macəraları...

İlham Əliyev Saqr Qobaşı qəbul etdi

Belarus müxalifətinin lideri Azərbaycana çağırış etdi

Məzahir Pənahov yola salınır - Yeni sədr kim olacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla