Yuxarı

“AzerGold” kollektivi şəhid əməkdaşının xatirəsini yad etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“AzerGold” kollektivi şəhid əməkdaşının xatirəsini yad etdi

“AzerGold” QSC-nin kollektivi 44 Günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış əməkdaşı Rauf Əsgərovun şəhadətinin 5-ci ildönümü münasibətilə Gəncə şəhər Şəhidlər Xiyabanındakı məzarını ziyarət ediblər.

Torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidimizin əziz xatirəsi ehtiramla anılıb, məzarı önünə əklil qoyulub, gül dəstələri düzülüb.

Qeyd edək ki, Rauf Əsgərov 6 oktyabr 2020-ci il tarixində ehtiyatda olan zabit kimi Ordu sıralarına çağrılıb. O, Silahlı Qüvvələrimizin baş leytenantı kimi Füzuli və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib.

Rauf Əsgərov oktyabrın 26-da Füzulinin Mərdinli kəndində şəhidlik zirvəsinə ucalıb. O, 28 oktyabr 2020-ci il tarixində Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Müharibəyə qədər “AzerGold” QSC-nin Təmir-tikinti və energetika şöbəsinin Generator sahəsi üzrə rəisi vəzifəsində çalışmış qəhrəman şəhidimiz Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Xatırladaq ki, Ordumuzun şanlı qələbəsi ilə nəticələnən Vətən müharibəsində Səhmdar Cəmiyyətin 8 nəfər əməkdaşı iştirak edib. Rauf Əsgərovla yanaşı, QSC-nin Mühafizə xidmətinin əməkdaşı baş leytenant Muxtar Qasımlı 2 oktyabr 2020-ci ildə Füzuli rayonunun azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub.

“AzerGold” QSC Vətən müharibəsində şəhid olan bütün hərbçilərimizi qürurla anır, onların əziz xatirələrinə hörmət və ehtiramını bildirir.

Tarix
2025.10.29 / 17:32
Müəllif
Axar.az
Digər xəbərlər

“KQB” şinelindən çıxan müxalifətin casusluq macəraları...

İlham Əliyev Saqr Qobaşı qəbul etdi

Belarus müxalifətinin lideri Azərbaycana çağırış etdi

Məzahir Pənahov yola salınır - Yeni sədr kim olacaq?

Mehdiyevin nəvəsi "Lamborcini" ilə gəzir - Video

Ceyhun Bayramov Səmərqəndə getdi

İlham Əliyev Rumıniya Senatının sədrini qəbul etdi

AB Bakı və İrəvanı dəstəkləyir - Kallas

Azərbaycanın Omandakı səfirliyinin açılışı oldu

Monteneqroda saxlanılan azərbaycanlı ilə bağlı rəsmi açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla