Yuxarı

Prokuror Tağı İbrahimova 9 il cəza istədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prokuror Tağı İbrahimova 9 il cəza istədi

“Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin faktiki sahibi, 1962-ci il təvəllüdlü Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən, 1992-ci il təvəllüdlü Toğrul Rzayevin mebel emalatxanasında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışla bağlı növbəti məhkəmə prosesi keçirilib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrlik etdiyi prosesdə dövlət ittihamçısı çıxış edib. O, hər iki təqsirləndirilən şəxsin 9 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.

Növbəti iclas noyabrın 12-də davam edəcək.

Qeyd edək ki, bu il yanvarın 15-də paytaxtın Binəqədi rayonunda “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla müşayiət olunan partlayış baş verməsi faktı əsasında Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

İbtidai istintaqla ASC-nin faktiki sahibi, 1962-ci il təvəllüdlü Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən, 1992-ci il təvəllüdlü Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər kimi bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına, habelə ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır nəticələrə səbəb olmaları, həmçinin Tağı İbrahimovun xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə yekun ittiham elan edilib.

Onların hər ikisi barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Tarix
2025.10.29 / 17:16
Müəllif
Axar.az
Digər xəbərlər

Məzahir Pənahov yola salınır - Yeni sədr kim olacaq?

Mehdiyevin nəvəsi "Lamborcini" ilə gəzir - Video

Ceyhun Bayramov Səmərqəndə getdi

İlham Əliyev Rumıniya Senatının sədrini qəbul etdi

AB Bakı və İrəvanı dəstəkləyir - Kallas

Azərbaycanın Omandakı səfirliyinin açılışı oldu

Monteneqroda saxlanılan azərbaycanlı ilə bağlı rəsmi açıqlama

Mehdiyevin siyahısı: 50 nəfərdən 2-sinin adı açıqlandı

“Tramp yolu” bunlara şərait yaradır - Simonyan

Elton Məmmədov dövlətə 3 milyon ödədi - Rəsmi xəbərdarlıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla