Yuxarı

Təbii südü saxtadan necə ayıraq?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təbii südü saxtadan necə ayıraq?

Son zamanlar süd və süd məhsulları ən çox saxtalaşdırılan məhsullardandır.

Yaxşı südü saxta süddən necə ayırmaq olar? Bunu Moskva Dövlər Qida Sənayesi Universitetinin rektoru professor Dmitri Edelev izah edir.

Axar.az Sağlamolun.az-a istinadla bildirir ki, mütəxəssisin sözlərinə görə, ilk növbədə südün xarici görünüşünə fikir vermək lazımdır. Təbii süd daha qatı olur və qabın divarlarında ağ ləkələr saxlayır.

Təbii südü suya əlavə edəndə süd aşağı çökür. Südə su əlavə olunubsa, belə "süd" asanlıqla su ilə qarışacaq.

Südü stəkana töküb isti yerdə (məsələn, mətbəxdə) saxlayın. Süd 24 saat ərzində turşuyubsa, bu o deməkdir ki, süd təbiidir. Prosesi sürətləndirmək üçün südə 1 ç.q xama əalvə edin. Təbii süd 3-4 saatdan sonra qatığa çevriləcək.

Süd turşumayıbsa, bu o deməkdir ki, bu süd təbii deyil və onun tərkibində, palma, kokos və s. yağlar var. Digər səbəb - südə antibiotiklər əlavə olunub.

Bəzən südü daha qatı etmək üçün ona nişasta əlavə olunur. Südə bir neçə damçı yod tökün. Nişasta varsa, süd dərhal göyərəcək, yoxdursa saralacaq.

Tarix
2019.03.07 / 02:15
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

Szinpin buna görə Putini şəxsən qarşılamadı

Bu, ölkəmizin Avropa üçün önəmini təsdiqləyir

Prezident Oman Sultanını təbrik etdi

İlham Əliyev latviyalı həmkarını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla