Yuxarı

Yaxşı bitki yağını necə seçək?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bitki yağları ən tez-tez istifadə olunan məhsullardandır.

Mütəxəssislər sübut edir ki, ürək-damar sistemininin sağlamlığı üçün insan hər gün 1 x.q. bitki yağı istehlak etməlidir. Bu mənada ən faydalı bitki yağı zeytun yağı sayılır.

Mütəxəssislər bitki yağını seçərkən bəzi göstəricilərə fikir verməyi tövsiyə edirlər.

Axar.az Saglamolun.az-a istinadla bu tövsiyələri təqdim edir:

- Yemək bişirmək üçün rafinə edilmiş, salatlar üçün isə rafinə edilməmiş yağdan istifadə edin. Rafinə edilməmiş yağı qızdırmaq olmaz, bu zaman ziyanlı maddələr ifraz olunur.

- Rafinə edilmiş yağın heç bir qoxusu və dadı olmur. Əksinə isə rafinə edilməmiş yağ öz spesifik qoxusunu və dadını saxlayır.

- Ən yaxşı bitki yağı "premium" növü olandır. Daha sonra əla növ və 1-ci növ gedir.

- Soyuq sıxılma üsulu ilə ("холодный отжим") hazırlanmış yağ daha faydalı sayılır.

- Bitki yağı işıq sevmir və işığın təsirindən tez xarab olur. Bu səbəbdən bitki yağını alanda dükandakı rəfin dərinliyində yerləşən yağı götürün.

- Daha təzə yağ seçin. Yararlıq müddəti bitənə yaxın yağın keyfiyyəti azalır.

- Rafinə olunmuş bitki yağı şəffaf və açıq sarı rəngində olmalıdır. Yağın rəngi nə qədər açıqdırsa, yağ da bir o qədər yaxşı sayılır.

- Bəzən bitki yağlarının üzərində "E vitamini ilə", "tərkibində E vitamini var" və s. kimi qeydlər olur. Bu sadəcə reklam hiyləsidir. İstənilən bitki yağında bu faydalı və vacib vitamin mövcuddur.

- Yağın üzərində "xolesterinsiz" yazılıbsa, bu da sadəcə reklam üçündür. Buna aldanmayın və artıq pul ödməyin! Heç bir bitki yağında xolesterin yoxdur və ola da bilməz.

- Növbəti reklam hiyəsi bitki yağının üzərində "konservantsız" və "rəngvericisiz" qeydlərdir. Bitki yağlarının tərkibinə konservantlar yoxdur. Konservantlar məhsulda mikrobların inkişafına mane olur, lakin bitki yağında mikroblar yaşaya bilmir.

Həmçinin bitki yağın tərkibinə demək olar ki, heç bir kimyəvi qatqını (rəngverici və s.) əlavə etmək mümkün deyil.

Tarix
2019.03.14 / 02:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla