Yuxarı

Hansı dərman nə qədər müddət saxlanıla bilər?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hansı dərman nə qədər müddət saxlanıla bilər?

Dərman preparatlarının uzunömürlü olması həm də onların saxlama qaydalarına düzgün riayət edilməsindən asılıdır. Ancaq bir çoxları dərmanların hansı formada saxlanılmalı olduğunu bilmir. Bəziləri isə preparatların qablaşdırmasının üzərində qeyd edilən istehsal tarixinə diqqət etməklə kifayətlənir. Halbuki hər bir dərmanın öz saxlanma qaydası, temperaturu və şərti var.

Mövzu ilə bağlı Axar.az-a açıqlama verən pediatr Altay Abdullaoğlu bildirib ki, xüsusilə uşaqlar üçün nəzərdə tutulan dərmanların saxlanma qaydalarına mütləq şəkildə riayət olunmalıdır.

Həkim bildirib ki, suspenziya (sirop) halda olan preparatlar açıldıqdan 1 ay sonra atılmalıdır:

“Saxlanma müddəti keçməsə də, bu dərmanlar saxlamaq düzgün deyil. Toz halında olan dərmanlar isə ağzı açılıb sulandırıldıqdan 2 həftə sonra atılmalıdır. Toz dərmanlar daha qısa müddət saxlanılır. Çünki belə saxlanmış dərmanların təsir effekti azalmaqla bərabər, uşaqlara zərər də verə bilər.

Nəticə olaraq bildirmək istəyirik ki, bu cür dərmanlar uzun müddət qalarsa, istifadə etməyin. Bundan əlavə, bilmək lazımdır ki, istənilən sirop açıldıqdan sonra sərin, quru və uşaqların əli çatmayan yerdə mühafizə olunmalıdır”.

Həkim bildirib ki, antibiotiklər də daxil olmaqla, dərmanları açıqdıqdan sonra 7-10 gündən artıq saxlamaq yolverilməzdir:

“Lakin bəzi istisnalar da var. Bu istisnalar ümumi qaydaya zidd deyil. Yəni bəzi dərmanları həkim göstərişi ilə daha uzun müddət saxlamaq olar. Ancaq təbii ki, üzərində qeyd edilən saxlama temperaturu və qaydasına riayət edərək”.

Tarix
2019.03.28 / 01:41
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Bakı metrosu genişləndirilir: 10 yeni stansiya tikiləcək...

Mustafayev Rusiya müdafiə nazirinin müavini ilə görüşdü

Azərbaycanda benzin bahalaşa bilər

Zelenskidən İlham Əliyevə: İnanıram ki, bundan sonra...

Azərbaycanla Gürcüstanın dostluğu güclənir - Kavelaşvili

Paşinyan açıqladı: Ən geci bir ay ərzində...

Dünya liderləri İlham Əliyevi təbrik edir

Bakı ilə əlaqələrə xüsusi önəm veririk - Yunanıstan prezidenti

Almaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi - Video

Aqrar sektor strateji iqtisadi istiqamət kimi dəyərləndirilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla