Yuxarı

Quduzluğun müalicəsi yoxdur – Həkimdən SOS

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Quduzluğun müalicəsi yoxdur – Həkimdən SOS

Küçə itinin 4 yaşlı uşağı üz nahiyəsindən dişləməsi, həmçinin bir neçə gün öncə bir gəncin itin qapması nəticəsində quduzluqdan dünyasını dəyişməsi ictimaiyyətdə böyük narahatlıq doğurub. Vətəndaşlar tez bir zamanda bu problemin həll edilməsinin vacib olduğunu düşünürlər.

Küçə itlərinin təhlükəsi barədə Axar.az-a danışan həkim Vaqif Qarayev bildirib ki, bu itlər təkcə quduzluq törətmir, başqa xəstəliklər də yayır:

“Müxtəlif mədə-bağırsaq infeksiyaları, dəri xəstəlikləri, hamının tanıdığı qoturluq, exinokokk və bir sıra başqa parazitlər itlər tərəfindən yoluxdurulur. Əlbəttə, ən qorxulusu quduzluqdur. Çünki müalicəsi yoxdur və öldürür”.

Bəs küçə itləri ilə hansı qurumlar mübarizə aparır?

Hazırda Bakıda küçə itləri ilə mübarizə aparacaq bir neçə qurum var. Onlardan biri və ən əsası da Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsidir. Ötən ilin oktyabr ayında sözügedən qurum heyvanlarla bağlı mübarizəni dayandırdığını bildirmişdi. Hətta idarə rəisi Mübariz Hüseynov yenidənqurma işlərinə görə itlərə yaxın getmədiklərini də demişdi.

O qeyd etmişdi ki, yenidənqurma işləri görülür, yeni sığınacaq salınıb, pnevmatik və uyuşdurucu silahlar, xüsusi dərmanlar alınıb.

Artıq qurum fəaliyyətə başlayıb və yeni “Qaynar xətt” də istifadəyə verilib. Küçədə hər kəsi narahat edən itlərlə bağlı (012) 19-21 qısa nömrəsinə zəng edərək məlumat vermək olar. Lakin maraqlıdır ki, idarə küçələrdə təhlükə mənbəyinə çevrilən itlərlə bağlı reyd keçirmir.

Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi nə iş görür?

İdarənin “Qaynar xətt”indən Axar.az-a verilən məlumata görə, onlara gün ərzində kifayət qədər zənglər gəldiyi üçün reydlər keçirməyə ehtiyac qalmır:

“Bizə gün ərzində dayanmadan şikayətlər və zənglər daxil olur. Zəng daxil olan kimi dərhal həmin yerə əməkdaşlar göndərilir. Xüsusilə Avropa standartlarına uyğun olaraq təmin edilmiş it tutulma alətləri var ki, onlarla itlər tutulur, quduzluq əleyhinə iynə vurulduqdan sonra nəsil artıra bilməməsi üçün axtalanaraq yenidən küçəyə buraxılır”.

İdarə əməkdaşı bildirib ki, hər şikayət əsasında küçələrdən yığışdırılan heyvanların sığınacağa yerləşdirilməsi mümkün deyil.

Quduz heyvanı əvvəlcədən müəyyən etmək mümkündürmü?

Quduzluğa yoluxmuş heyvanlarda xəstəliyin inkişafı üç mərhələdən ibarət olur: xəstəliyin ilkin mərhələsində heyvanlar gizlənir, insanlardan qaçırlar, bəzən isə digər heyvanları və insanları yalamaq istəyirlər.

İkinci mərhələdə heyvan qıcıqlanmış olur, gördüyü əşyalara, insanlara, heyvanlara hücum edir.

Son mərhələdə isə heyvan hərəkət etmir, komaya düşür və ölür.

Heyvanın quduz olduğunu gözlə görərək müəyyən etmək olmur. Sadəcə əlamətlərindən şübhələndikdə bilmək olar ki, heyvanda quduzluq başlayıb.

Tarix
2019.04.23 / 16:11
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Bu rayonun kəndlərində elektrik olmayacaq

Yaşar Gülər Kərim Vəliyevlə birgə təlimi izlədi - Video

Azərbaycan hərbçiləri Özbəkistana yola düşdü

İlham Əliyev və Putin bu planlara imkan vermədi - Arkov

Bakıda mühüm üçtərəfli görüş: Müqavilə...

Bayramov Fidanla danışdı: Qəzza razılaşması...

Azərbaycan bu prinsiplərinə sadiqdir - Deputat

TRİPP Zəngəzuru Azərbaycana bağlayacaq - Zurabyan

Azərbaycan və Pakistan XİN başçıları telefonla danışdı

Qızılın yeni qiyməti “köpükdür”, yoxsa reallıq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla