Yuxarı

Təmiz balı saxtadan ayırmağın yolları

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təmiz balı saxtadan ayırmağın yolları

Bal 40-dan çox növü olan, bir sıra vitamin və minerallarla zəngin, çoxlu müalicəvi xüsusiyyətlərə malik qida məhsuludur. Aparılan tədqiqatlar nəticəsində müəyyən olunub ki, bal insan orqanizminə müsbət təsir göstərir, həmçinin bir çox xəstəliklərin qarşısını alır.

Lakin təəssüf ki, süni şəkildə hazırlanan ballar da var. Mütəxəssislər bildirirlər ki, süni yolla hazırlanan bal şəkərli diabet riskini iki dəfə artırır. Bala qatılan şəkər və kimyəvi qatqılar orqanizmdən tam sorula bilmədiyi üçün bəzi xəstəlikləri kəskinləşdirməklə yanaşı, yan təsirlər də göstərir.

Axar.az-ın məlumatına görə, həkim-fitoterapevt Elnur Eldaroğlu bu barədə Azərtac-a deyib:

"Saxta baldan istifadə zamanı yüksək təzyiq, sidik turşusunun artması zamanı yaranan xəstəliklər, böyrək, qaraciyər və öd kisəsi xəstəlikləri, həmçinin artıq molekulun kristalizə şəkildə bağırsağa düşməsi onun həll olunmasını ləngidir. Təmiz baldan istifadə edilməsi zamanı həzm prosesi daha yaxşı gedir".

Ona görə də bal alarkən onun təmiz olub-olmadığını öyrənmək üçün ilkin yoxlamalar aparmaq olar. Bal şəffaf rəngdə olur və özünəməxsus qoxuya malikdir. Hər hansı bitki iyini və kənar qoxunun gəlməsi onun tərkibində əlavə qatqıların olmasından xəbər verir. Digər bir üsul isə təbii balı suya qataraq yoxlamaqdır. Bu zaman bulanıq məhsul alınmırsa, deməli, balın tərkibində əlavələr var.

Həkim-fitoterapevt bildirib: "Bal orqanizm tərəfindən, o cümlədən dəridə tez sorulan qida məhsuludur. Balı dəri üzərinə çəkəndən bir neçə dəqiqə sonra yapışqanlıq qalmır, dəri tərəfindən tam olaraq sorulur. Kağızın üzərinə bir qədər bal sürtülür və kibrit vurularaq yandırılır. Alov bal olan hissəyə çatanda sönməlidir. Əgər sönmürsə və daha da güclənirsə, deməli, onun tərkibində saxarozanın miqdarı çoxdur".

Təbii balın tərkibi 21 faiz su, 7 faiz saxaroza, 72 faiz isə fruktoza və qlükozadan ibarət olmalıdır. Həmin rəqəmlərin fərqli olması balın keyfiyyətini şübhə altına alır.

Tarix
2019.08.15 / 01:44
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyada 3 azərbaycanlı barədə qərar verildi

Böyük Britaniya Çingiz Əliyevə sanksiyalar tətbiq etdi

Xəzər dənizi ilə bağlı növbəti mühüm iclas keçirildi

AMEA Kamran Əsədova fəxri diplomu nə vaxt verib?

Azərbaycanda bu mobil operator fəaliyyətini dayandırdı

Azərbaycana qarşı bu qətnamənin heç bir əsası yoxdur

Azərbaycan qatarı Ermənistanda - Video

Azərbaycanla ABŞ arasında mühüm iclas keçirildi

Amnistiya tətbiq ediləcək şəxslərin siyahısı... - Nazirlik

Anar Əsədli: Artıq susmayacağam - Məhkəmə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla