Yuxarı

Səlim Müslümov həkimlərinin rüşvət aldığına işarə etdi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səlim Müslümov həkimlərinin rüşvət aldığına işarə etdi

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ANS TV-yə eksklüziv müsahibə verib.

Görüləcək işlərdən danışan yeni nazir 14 tibbi-sosial ekspert komissiyasının sədrinin işdən azad edilməsi məsələsinə də aydınlıq gətirib: "14 tibbi-sosial ekspert komissiyasının sədrindən iclas keçirilən zalı tərk etmələrini xahiş etdim. Mən onlara işdən azad olunma haqda bir kəlmə də söyləmədim. Onlar dərhal işlərini başa düşdülər və ərizələrini təqdim etdilər.

Mənim onların bəzilərinə bir ritorik sualım oldu ki, sizin aylıq əmək haqqınız nə qədərdir? Mənə cavab verildi ki, 182 manat. Dedim, sizcə, 182 manata görə o boyda məsuliyyətin altına girib orada oturmağa dəyərmi? Niyə gedib həkim işləmirsiniz?"

Əmək və əhalinin sosial müdafiəsi naziri həmin vəzifələrə müsabiqə yolu ilə gənclərin cəlb olunacağını və onlara verilən maaşların da artırılacağını bildirib.

Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırda ölkədə Tibbi Sosial Ekspertiza Komissiyalarından keçmiş, lakin hələ də əlilliklərini təyin edən müvafiq arayışlarla təmin edilməyən 20 min şəxsin sənədlərinin yoxlanmağa başlanıldığını deyib.

Əlillik dərəcəsinin verilməsilə bağlı tibbi yoxlanışların asanlaşdırılmasına toxunan nazir bu prosedurların avtomatlaşdırılacağını söyləyib.

Tarix
2013.12.15 / 23:56
Müəllif
Axar.az
Digər xəbərlər

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla