Yuxarı

5-ci mərtəbədən yıxılan qadından xəbər – Video

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
5-ci mərtəbədən yıxılan qadından xəbər – Video

Fevralın 16-da Bakıda yaşadığı binanın 5-ci mərtəbəsindən yıxılan Lalə Bayramovadan xəbər var.

Axar.az-a Sabunçudakı 3 saylı xəstəxananın reanimasiya şöbəsindən bildirilib ki, L.Bayramova artıq evə buraxılıb.

L.Bayramova onurğa sütunu və çoxsaylı sınıq xəsarətləri ilə ağır vəziyyətdə xəstəxanaya daxil olub. Onun sol bazu sümüyü, körpücük sümüyü, 11-ci döş fəqərəsi və 3-cü bel fəqərəsi sınmışdı.

Qeyd edək ki, bədbəxt hadisə Qara Qarayev prospekti ilə Babək prospektinin kəsişməsində yerləşən çoxmərtəbəli binada baş vermişdi. Hadisə şahidlərinin sözlərinə görə, gənc qadın ayağının altına stul qoyaraq paltar asırmış, qəfildən ayağı sürüşüb və aşağıya yuvarlanmaq üzrə olarkən eyvandan yapışa bilib.

Onun köməyinə əri gəlib. O bir müddət qadını saxlasa da, sonda gücü tükənib və onun əlindən çıxan qadın binanın önündəki torpaq hissəyə düşüb. Xoşbəxtlikdən, torpaq nəm olub və qadın ölməyib.

Tarix
2015.03.14 / 20:15
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla