Yuxarı

Axşam yüksələn temperatur hansı xəstəlikdən xəbər verir?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Axşam yüksələn temperatur hansı xəstəlikdən xəbər verir?

Həkim-terapevt, kardioloq, endokrinoloq Tatyana Romanenko axşam saatlarında bədənin temperaturunun yüksəlməsinin hansı xəstəliklərdən xəbər verməsi məsələsinə aydınlıq gətirib.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, bədənin temperaturunun 37 dərəcəyə qədər yüksəlməsi norma daxilində tərəddüddür və buna xüsusi diqqət yetirmək lazım deyil.

Temperatur 37,5 dərəcəni keçdiyi halda narahat olmağa dəyər.

Həkim bildirir ki, bu cür subfebril temperaturun səbəbləri müxtəlifdir və fizioloji da ola bilər: fiziki yük, isti yemək və ya müəyyən dərmanların qəbulu, həmçinin, qadınlarda aybaşıdan əvvəlki vəziyyət və alkoqol temperaturun bu cür yüksəlməsinə gətirib çıxarmaq iqtidarındadır.

Eyni zamanda, patoloji səbəblər də istisna olunmamalıdır. İlk növbədə, soyuqdəymə axşam saatlarında temperaturun qalxmasına səbəb olur. Romanenko qeyd edir ki, ləng inkişaf edən iltihabi xəstəliklərdə də belə hallar müşahidə olunur.

“Bunu müəyyənləşdirmək üçün C-reaktiv zülala analiz vermək lazımdır”, - deyə ekspert bildirib.

Bundan əlavə, hormonal pozğunluqlar və ya qalxanvari vəzinin işində problemlər temperaturu qaldırır. Bir çox onkoloji xəstəliklərdə də axşam saatlarında bədənin hərarəti yüksəlir.

“Bədənin temperaturunun tənzimlənməsinin pozulmasına gətirib çıxaran termonevroz adlanan əsəb xəstəliyi də var”, - Romanenko deyib.

Bu zaman nevropatoloqa müraciət edilməlidir.

Tarix
2020.07.25 / 12:19
Müəllif
Axar.az
Digər xəbərlər

Şuşadan dünyaya mesajlar: Niyə ona bu qədər güvənirik...

İlham Əliyev Donald Trampa təşəkkür etdi

Bu mövzuda yazılan xəbər ikiqat məsuliyyət tələb edir

Tranzit daşımaları üçün zəruri olan iki mühüm şərt...

Əli Əsədov Fələstinin baş naziri ilə görüşdü

Dənizçiləri müharibə zonalarından uzaq durmağa çağırırıq!

Paşinyan Zəngəzurda gəzir: Bəlkə, XDQ “təlimə” başlasın?

Prezident Peter Zakseni qəbul etdi

İlham Əliyev Fələstinin baş nazirini qəbul etdi

Tramp Əliyevin sözlərini “Truth Social”da paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla