Yuxarı

Əncirin insan orqanizmi üçün xeyri...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əncir (lat. Fícus cárica) və ya əncir ağacı dünyanın bir çox yerində rast gəlinən Tut ailəsinə (Moraceae) aid olan bitkidir. Azərbaycanda əncirin əsasən 2 növü yayılıb. Onlardan biri mədəni əncir adlanır. Respublikanın bir sıra rayonlarında becərilən bu növ əncirin ətirli, şirin, yastı armudabənzər, sarı rəngli meyvələri olur. Digəri isə Lənkəran zonasında yabanı halda yayılmış Hirkan ənciridir. Hirkan əncirinin meyvələri armudvarı olsa da, rəngi tünd göydür. Abşeron ərazisində becərilən "Sarı sabahi" və ya "Sarı əncir" sortu isə xüsusilə məşhurdur. Onun xoş ətri, şirin dadı olan nazik qabıqlı və sarı rəngli meyvələri var.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Keyfiyyətə nəzarət departamentinin Keyfiyyətin idarəolunması şöbəsinin mütəxəssisi Nərgiz Əzizovanın məqaləsində bildirilib.

Əncirin mövsümü əsasən yay və payız ayları sayılır. Təzə əncirin meyvələrinin rəngi müxtəlif (sarı rəngdən qara-göy rəngə qədər) ola bilər. Ətirli əncir həm təravətinə, həm də dadına görə seçilir. Əncir yeyinti sənayesində geniş istifadə olunur. Ondan mürəbbə, kompot, cem, şərbət (sirop) hazırlanır.

Əncirin ləti çox zərif və dadlıdır. Əzilmiş və ya qabığı zədələnmiş meyvə tez xarab olmağa başlayır. Bundan başqa yetişmiş meyvədə lət olduqca tez yetişib ötür və onda qıcqırma prosesi gedir. Ona görə də əncir otaq şəraitində bir sutkadan artıq qalmır. Lakin yetişmiş ənciri soyuducuda +2o C-dən +4o C-yə qədər temperaturda 10 günədək saxlamaq olar.

Əncir insan orqanizmi üçün vacib olan müxtəlif çeşidli qida maddələri ilə zəngindir. Onun tərkibində vitaminlər, minerallar, aminturşuları, antioksidantlar, qidalı liflər və digər elementlər mövcuddur. Təzə əncirin 100 qramında 232 mq kalium, 35 mq kalsium, 17 mq maqnezium, 0,4 qram dəmir var.

Kalsium elementi ilə zəngin olduğundan əncir sümük xəstəlikləri və inkişaf pozğunluqları zamanı olduqca faydalıdır. Qurudulmuş əncirin tərkibində olan fenol, omeqa-3 və omeqa-6 yağ turşuları isə ürək-damar xəstəliyi riskini azaldır. Mis maddələr mübadiləsi və enerji hasilatı, qan hüceyrələrinin, birləşdirici toxumaların və neyrotransmitterlərin meydana gəlməsi daxil olmaqla bir sıra bədən proseslərində iştirak edir. Vitamin B6 isə orqanizmin pəhriz zülalını parçalaması və yeni zülallar yaratması üçün lazım olan əsas maddədir.

Əncir qidalı liflərlə zəngin olduğundan mədə-bağırsağın işini normallaşdıran, şlaklardan təmizləyən ən yaxşı təbii vasitə hesab olunur. Lif konsentrasiyası sağlam, müntəzəm bağırsaq funksiyasını dəstəkləməyə kömək edir və qəbizliyin qarşısını alır. Lif ishal və nizamsız bağırsaq hərəkətlərini də aradan qaldırır. Xüsusilə də qurudulmuş əncir qəbizliyi aradan qaldırmağa kömək edir. Qeyd edək ki, quru əncir digər qurudulmuş meyvələr arasında yüksək qida dəyərliliyi ilə seçilir. Quru əncirin 100 qramında 680 mq kalium, 162 mq kalsium, 68 mq maqnezium, 2 mq dəmir var. Qurudulmuş əncirdə şəkərin miqdarı yüksək olduğundan qısa müddətdə qan şəkərinin səviyyəsini artıra bilər. Bu səbəbdən şəkərli diabetdən əziyyət çəkən insanların qurudulmuş əncir qəbulunu məhdudlaşdırması tövsiyə olunur.

Tarix
2020.08.30 / 02:12
Müəllif
Axar.az
Digər xəbərlər

Putinin köməkçisi Bakıda: Bu razılaşma hər ölkədə yoxdur

AB-nin sərhəddə casusluq fəaliyyəti davam edir - Video

Baş nazirdən qərar: Əvvəl 3 ay idi, indi...

Bu ölkələr təsdiqlədi: Netanyahunu həbs edəcəklər!

Prezident İsrail nazirini qəbul etdi

Əli Əsədov qərar imzaladı

Soydaşımızı Ermənistanda döydülər - Video

Putinin rezonans doğuran müraciəti: Bu sözü demədi!

3 böyük güc Rusiyaya qarşı – Putin 2 ay dözmək üçün…

Rusiyadan idxal etməmişik. Nöqtə! - Hacıyev

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla