Yuxarı

Uşağı "öpücük" təhlükəsi ilə üz-üzə qoymayın!

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uşaqları öpməklə keçən bu xəstəlik Epşteyn-Barr adlı bir virus tərəfindən törədilir. Yoluxma tüpürcək vasitəsilə olduğu üçün uşaqları ağızdan və ya ağıza yaxın yerdən öpmək olmaz.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, bunu pediatr Günay Rəsulova bildirib. Onun sözlərinə görə, insanların 95 faizi bu xəstəliyi keçirir: "Bəzi uşaqlarda bu xəstəlik hiss edilmədən keçir, bəzilərində isə ağırlaşmalarla üzə çıxır. Uşağı yoluxduran şəxs adətən sağlam olur. Çünki bu xəstəliyi keçirən şəxsin tüpürcəyində virus 6 ay, bəzən də 1 ilə qədər qala bilir və bu "sağlam" şəxs uşağı öpməklə onu çox ciddi təhlükə ilə qarşı-qarşıya qoyur.

Xəstəliyin əlamətləri:

Virus orqanizmə daxil olduqdan sonra boğazda çoxalır, oradan qan və limfa vasitəsilə bütün orqanizmə yayılır və digər daxili orqanlarda da (qaraciyər, dalaq) infeksiya törədir. Beləliklə, uşaqda

- Boğaz ağrısı;

- Qızdırma;

- Boyun limfa düyünlərinin, qaraciyərin, dalağın böyüməsi;

- Halsızlıq, qarın ağrısı, baş ağrısı və s. yaranır.

Bu sadalanan əlamətlər bütün yuxarı tənəffüs yolu xəstəliklərində görülə bilir. Lakin Öpücük xəstəliyində əlamətlər daha abartılı olur, boğaz ağrısı, şiddətli qızdırma - 38-38,5 dərəcə 5-10 günə qədər davam edə bilir. Yanaşı olaraq, limfa düyünləri, qaraciyər və dalaq da böyüyür.

Yersiz penisillin qrupu antibiotik istifadəsi nəticəsində bədəndə səpkilər əmələ gəlir. Xəstəlik klinik gedişatında bəzən öz-özünə sağalır, bəzən də ağırlaşmalarla üzə çıxa bilir.

Ağırlaşmaları:

- Ensefalit

- Meningit

- Ürək əzələsinin zədələnməsi, miokardit, perikardit.

Diaqnostikası - Tipik müayinə bulqularına əlavə, Qanın ümumi analizi (limfositar leykositoz, Trombositopeniya) Periferik yaxmada atipik limfositlər və virusun spesifik antitellərinin qanda aşkarlanmasi ilə diaqnoz qoyulur.

Müalicəsi - Spesifik bir müalicəsi yoxdur. Simptomlara yönəlik - qızdırma varsa, qızdırmasalıcı vermək, dəstək müalicə və yataq istirahəti ilə aparılır.

Xüsusilə bağçaya gedən uşaqlar oyuncağı ağıza götürməklə xəstəliyə yoluxa bilər. Bundan başqa, ağızdan su axan uşaqlar tüpürcəklə asanlıqla digər uşaqları yoluxdura bilər. Ona görə bu yaş uşaqlarda gigiyenaya xüsusilə riayət edilməlidir.

Tarix
2020.09.20 / 01:53
Müəllif
Axar.az
Digər xəbərlər

BƏƏ prezidentinin Qarabağ səfəri bunu təsdiq etdi – Bayramov

Azərbaycan və BƏƏ arasında 14 sənəd imzalandı

Prezidentlərin geniş tərkibdə görüşü: Sənəd mübadiləsi... - Foto

Minsk prosesinin ləğvi ilə bağlı qərarın icrasına başlanıldı

BƏƏ prezidentinin şərəfinə rəsmi nahar verildi

Prezidentlər Şuşa qalasının önündə foto çəkdirdilər

Prezidentlər Yeni Şuşa məscidindəki işlərlə tanış oldu - Foto

Prezidentlər Milli Xalça Muzeyinin Şuşa filialında - Foto

Prezidentlər Şuşada güllələnmiş heykəllərə baxdılar

Dumanın deputatı: Azərbaycandan nümunə götürün!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla