Yuxarı

Korona xəstələri sağalandan sonra… - Xəbərdarlıq

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Korona xəstələri sağalandan sonra… - Xəbərdarlıq

Koronavirusa yoluxan insanlar sağaldıqdan sonra cəmiyyətə adaptasiya olmaqda çətinlik çəkirlər. İnsanların onlara yanaşma tərzi dəyişir. İnsanlar virusa yoluxacaqlarını düşünüb, onlardan qaçırlar.

Bu sözləri Axar.az-a psixoloq Gülnar Orucova koronavirusa yoluxan insanların sağaldıqdan sonra psixoloji problemləri haqda danışarkən deyib. O bildirib ki, bəzi şəxslərdə virus bitdikdən sonra obsessiv-kompulsiv pozuntu, yəni təkrarlanan davranış və düşüncə müşahidə edilir:

“Eyni zamanda həmin insanda özgüvən əskikliyinə, stressə, depressiyaya gətirib çıxaran hallar baş verir. Bu əlamətlərin bəziləri şizofreniyaya bənzəyir. Depressiyaya düşən hər bir insan təkliyə çəkildiyi kimi, şizofreniyadan əziyyət çəkənlər də təkliyə çəkilir, yəni sosial həyatdan uzaqlaşırlar.

Yoluxmuş insan sağalsa da, xəstəliyin “əsarəti altına” düşür. Ətrafına sübut etməyə çalışır ki, bu xəstəlikdən sağalmışam, artıq hər şey yaxşıdır. Ancaq ətraf ondan qorxmağa davam edir.

Hətta koronavirusun ilkin əlamətləri şizofreniyanın əlamətləri ilə oxşar olduğuna görə deyirlər ki, koronavirusdan sonra şizofreniya yaranır. Bir insan cəmiyyətdən uzaqlaşırsa, cəmiyyətə çıxmaq qorxusu yaranırsa, bu artıq şizofreniyaya gətirib çıxara bilər. Hər birimiz anlamalıyıq ki, zaman gələcək, hər kəs koronavirusa yoluxub, bu xəstəliyi adlayacaq. Virusa yoluxan insanlara yaşadıqları çətinliklərlə bağlı tez-tez sual vermək, onlara həmin zamanı davamlı xatırlatmaq, eləcə də onlardan qaçmaq olmaz”.

Tarix
2020.10.20 / 01:29
Müəllif
Gülnarə Kazımova
Digər xəbərlər

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla