Yuxarı

Kimya-terapiyanın daha bir fəsadı – Diqqət

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kimyəvi terapiyanın onkoloji xəstəliklərlə mübarizədə bəzən yeganə vasitə kimi tətbiq edildiyinə baxmayaraq, alimlər bu prosesin orqanizmə daha bir mənfi təsirini üzə çıxarıblar. Kanada ekspertlərinin araşdırmaları nəticəsində məlum olub ki, kimyəvi terapiya baş beynin fəaliyyətinin pozulmasına səbəb olur. Bu proseduradan beynin yaddaş və diqqətin cəmlənməsinə "cavabdeh" olan nahiyəsi xüsusilə zərər çəkir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Kanada alimlərinin eksperimentlərdə döş vəzisi xərçəngindən sağalmış qadınlar iştirak ediblər. Məlum olub ki, bu qadınlar onlara verilən tapşırıq üzərində diqqətlərini uzun müddət cəmləyə bilmirlər. Buna səbəb isə beynin müvafiq nahiyəsinin işləməməsidir. Lakin qadınlardan heç nə tələb olunmadığı halda onların beyni adi qaydada işləyib.

Alimlər ümid edirlər ki, onların araşdırmalarının nəticələri gələcəkdə onkoloqlara kimyəvi terapiyanın xəstələrin baş beyninə təsirini nəzərə almalarına və müalicə prosesinin səviyyəsini yaxşılaşdırmağa kömək edər.

Tarix
2015.05.02 / 21:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla