Yuxarı

KT-dən qorxmayın: bu əlamətlər varsa... - Həkim

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
KT-dən qorxmayın: bu əlamətlər varsa... - Həkim

3 gündən artıq davam edən hərarət, döş qəfəsində, kürəklərdə və bel nahiyədə ağrı, öskürək, halsızlıq, iştahsızlıq, yüngül təngnəfəslik, hava çatışmazlığı, boğulma, saturasiyanın 92-dən aşağı düşməsi şikayətləri varsa, döş qəfəsi orqanlarının KT müayinəsi məsləhətdir.

Axar.az xəbər verir ki, bunu radioloq həkim Aydın Əliyev deyib. O bildirib ki, bu müayinə xəstənin vəziyyəti ağırlaşmamış, vaxtında tədbir görülməsi üçün lazımdır:

“Əgər COVİD-19 xəstəliyinin ağırlaşması olarsa, orqanizmə yeridiləcək dərman preparatları KT-dən daha çox ziyan verəcək. Son vaxtlarda çox az şikayətləri olan xəstələr görmüşəm ki, KT müayinəsində 30-40, hətta 50 faiz buzlu şüşə mənzərəsi aşkar edilib.

22 ildir şüa diaqnostikası ilə məşğulam və demək olar ki, hər gün şüalanıram, şükürlər olsun, hələ ki, salamatam. Mənim müəllimlərim akademik Rəhim Rəhimov 91 yaş, professor Bahadur Baxşiyev 86 yaş, dosent Mamməd Əliyev 77 yaş yaşadı və hər gün şüa qəbul edirdilər. Almaniyada kursda olarkən oradakı həkim və texniklərin müayinə zamanı rentgen, KT və angioqrafiya aparatlarının yanında durduğunu gördüm. Bunun təhlükəli olub-olmadığını soruşduqda isə “yox” cavabını verdilər. Yəni xəstəliyin bizə vuracağı zərərlə müqayisədə, KT-nin vuracağı ziyan daha azdır".

Tarix
2020.12.17 / 08:30
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Bakı onlar üçün vizasız rejim tətbiq etmək istəyir

Azərbaycan və Yaponiya XİN rəhbərləri görüşdü

Eynulla Fətullayev saytını neçəyə satıb? - Fantastik rəqəm

İlham Əliyev portuqaliyalı həmkarını təbrik etdi

Hər dəfə Tramp və Bibi “dalaşanda” İrana zərbə endirilir

Rəhman Mustafayev Mixail Qaluzinlə görüşdü

Artıq bəsdir: İran bu Əbülfəzli susdurmalıdır!

Şimali Kiprin baş naziri Azərbaycana gəlir

Ermənilər Azərbaycan mahnısına oynadılar - Video

Kremlin İrəvanla bağlı siyasəti: Buna məcburdur!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla