Yuxarı

Xəbərdarlıq: Bu cihazlar yoxlamadan keçməlidir!

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəbərdarlıq: Bu cihazlar yoxlamadan keçməlidir!

Tibbi ölçü cihazları dövlət yoxlamasından keçməlidir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Axar.az-a verilən məlumata görə, mülkiyyət formasından asılı olmayaraq, səhiyyə sahəsində istifadə olunan tibbi ölçü cihazları istismara verilənədək və təmirdən sonra ilkin yoxlamadan, istismar prosesində isə dövrü yoxlamadan keçirilməlidir. Məqsəd göstərilən səhiyyə xidmətləri zamanı xəstəliklərin diaqnostikasında istifadə olunan klinik-laborator, rentgen aparatları və.s kimi diaqnostik tibbi cihazların qeyri-dəqiq ölçmələrinin vətəndaşların həyatı və sağlamlığına mənfi təsirinin qarşısını almaqdır.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti səhiyyə sahəsində xidmət göstərən subyektlərin nəzərinə çatdırır ki, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, səhiyyə sahəsində yalnız üzərində yararlılığına dair yoxlama nişanı və ya yoxlama haqqında şəhadətnaməyə malik tibbi ölçü cihazlarından istifadəyə icazə verilir.

İnzibati Xətalar Məcəlləsinə əsasən səhiyyə sahəsində ölçmələrin tipi təsdiq edilməmiş və ya yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadəyə görə vəzifəli şəxslər üçün 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər üçün 3000 manatdan 4000 manatadək məbləğdə cərimə olunur.

Mülkiyyət formasından asılı olmayaraq, səhiyyə sahəsində xidmət göstərən subyektlər tibbi ölçü cihazlarını ilkin yoxlamadan və ya dövrü yoxlamadan keçirmək üçün "Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxsə və ya ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya olunmuş digər qurumlara müraciət edə bilərlər.

İstehlakçılara tövsiyə olunur ki, səhiyyə xidmətlərindən istifadə edərkən ölçmələrin qeyri-dəqiq nəticələri ilə qarşılaşmamaq üçün tibbi ölçü cihazlarının yararlılığına dair təsdiqedici sənədi tələb etsinlər, yoxlamadan keçməmiş tibbi cihazlarla göstərilən xidmətləri almaqdan çəkinsinlər. Bu kimi hallarla qarşılaşdıqları təqdirdə istehlakçılara İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmələri tövsiyə olunur (tel: 498-15-01 və 498-15-04).

Tarix
2021.01.22 / 10:25
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ Putinə hücum əməliyyatında iştirak edib - Piter Teys

Səfirimiz Lavrovun müavini ilə görüşdü: AZAL qəzası...

Milli Məclis Prezident və xanımını təbrik etdi

Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?

Azərbaycan bu ölkənin müstəqilliyini tanımır... - XİN

Mehdiyev Kərimli və Abbasovla bağlı sualları cavabladı

Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir

İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video

Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi

Bu ölkə ilə vizasız rejim ləğv edilir - Rəsmi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla