Yuxarı

Mədə həkimləri bunları yemir - Siyahı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mədə həkimləri bunları yemir - Siyahı

Qastroenteroloq həkimlər mədə-bağırsaq xəstələrinə müalicə üçün mütləq dərmanla yanaşı, pəhriz və bəzi qidalardan imtina tövsiyəsi də yazır. Əslində həzm sisteminin müalicəsi elə qidalanmadan asılıdır.

Bəs mədə həkimləri özləri nə yeyir?

Axar.az Moderator.az-a istinadən qastroeteroloqun menyusunu təqdim edir:

1. Tərkibində konservant olan ərzaq və məhsullar olmaz. Məhsulların üzərində mütləq "konservantsız" sözü yazılmalıdır.

2. Paketlənmiş, uzun müddət qalan şirniyyat, biskvit almırlar – açıq satılan peçenye olar. Amma paketdə olan şirniyyat nə böyüyə, nə uşaqlara məsləhətdir.

3. Kolbasa-sosis olmaz. Bujenina, dil ətini soyuq qəlyanaltı kimi alırlar.

4. Şirəli, rəngli içkilər, paketdə meyvə suları olmaz - onlarda qatqı var.

5. Marketlərdə gözəgəlimli, iri, GMO – dəyişikliyə uğramış meyvə-tərəvəz olmaz. Bu məhsulları bazardan almaq lazımdır. Meyvə-tərərəvəzin tez çürüyəni xeyirlidir.

6. Süd məhsullarının yalnız təzəsi, konservantsız olanını – istər xama, istər süd - yemək məsləhətdir.

7. Hisə verilmiş (kopçenniy) məhsullar olmaz.

8. Şorabalar olmaz - yalnız malakansayağı qoyulmuş kələm yaxşıdır. Onu xəstələrə də tövsiyə edirlər, bir şərtlə ki, tərkibində essensiya olmasın. Marketlərdə qablarda uzun müddət qalan turşu-şoraba qəti şəkildə yeyilməməlidir.

9. Konfet, şirniyyat, şokoladın tərkibinə baxmaq lazımdır.

10. Toyuq, ət, balıq məhsulları yalnız bazardan və təzə kəsilmiş olmalıdır.

İnsanlara 100% "bunu yemə, onu yemə” qadağasını da qoymaq olmur. Amma düşüncəli insan istəsə, bu qədər çeşid içindən bir az normal tərkibdə olan ərzaqlar seçə bilər. Xüsusən GMO və konservantlardan uzaq dayanmaq lazımdır.

Tarix
2021.03.03 / 02:05
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla