Yuxarı

İnsanın doğulduğu ayın sağlamlığına təsiri... - Həkim

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
İnsanın doğulduğu ayın sağlamlığına təsiri... - Həkim

Həkim və televiziya aparıcısı Aleksandr Myasnikov doğulduğumuz ayın səhhətimizə təsiri olduğunu iddia edir.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, həkim müəyyən xəstəliyə tutulma riskinin doğulduğumuz aydan asılı olduğuna inanır. O, 1,5 milyondan çox insanın iştirakı ilə aparılan Amerika alimlərinin məlumatlarına istinad edib.

Myasnikov “Rusiya 1” telekanalının efirində yanvar ayında anadan olanların daha çox hipertoniya və kardiomiopatiyadan əziyyət çəkdiyini söyləyib. Fevral ayında dünyaya gələnlərdə daha çox tənəffüs sistemi ilə bağlı problemlər özünü göstərib. Mart ayında doğulanlarda ürəyin mitral klapan xəstəliyi və aritmiyaya meyilli olduğu müşahidə edilib. Aprel ayında anadan olanlar angina pektorisə meyillidirlər. May ayında anadan olan insanlar əksər hallarda aşağı çəkidən əziyyət çəkir. İyun ayında anadan olanların miokard infarktına, iyulda doğulanların isə hipertoniyaya və sidik yolu xəstəliklərinə meyilli olduqları aşkar edilib. Avqust ayında dünyaya göz açanlarda astma xəstəliyi daha çox qeydə alınıb.

Sentyabr ayında anadan olanların zəif nöqtəsi mədə-bağırsaq sistemidir. Kəskin tənəffüs yoluxucu infeksiyalar, kəskin respirator virus infeksiyaları əsasən doğum günü oktyabr ayına təsadüf edən insanlarda rast gəlinir. Koroner arteriya xəstəliyi, aritmiya və ağciyər xərçəngi noyabr ayında doğulanlar üçün əsas problemdir. Göyərmə və xəsarətlər dekabr ayında anadan olanlar üçün xarakterikdir.

Eyni zamanda, aparıcı bu məlumatların sadəcə statistik fakt olduğunu vurğulayıb.

Tarix
2021.04.22 / 17:30
Müəllif
Axar.az
Digər xəbərlər

Dini komitə sədrindən məktəbli geyimləri barədə açıqlama

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla