Yuxarı

Polikistik yumurtalıq sindromu barədə nə bilirik?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polikistik yumurtalıq sindromu barədə nə bilirik?

Bu gün qadın xəstəliklərinin cavanlaşması, hətta artıq çox erkən yaşlarda qızların müəyyən narahatlıqlarla həkim-ginekoloqlara müraciəti intensivləşib. Aidiyyatı araşdırmalar belə deməyə əsas verir ki, 100 qadından 60-da rastlanan bu xəstəliyin gəncləşməsi, bu gün xanımların, xüsusilə gənc qızların qadın sağlamlığı ilə bağlı maarifləndirilməsinə ciddi ehtiyac yaradır.

Axar.az sosial media üzərində qadınların təkrar-təkrar soğuladığı məsələlərə aydınlıq gətirmək məqsədilə, ünvanlanan suallara cavab tapmaq istəklərini nəzərə alaraq problemlərə peşəkar həkim mama-ginekoloq, Dr. Ləman Əliyevanın yanaşmasını təqdim edir:

Sosial şəbəkə istifadəçisi Lyudmila Həmidova:

- Polikistik yumurtalıq xəstəliyi gənc qızlarda daha tez-tez müşahidə olunur. Bir valideyn kimi bu məsələ məni narahat edir. Qızlarımızın gələcəkdə bu problemlərlə üzləşməməsi üçün nə etmək lazımdır, xəstəliyin qarşısı necə alına bilər?

- Polikistik yumurtalıq sindromu hormonal pozulmaya bağlı olan bir xəstəlikdir. Günümüzdə qeyri düzgün qidalanma, təmiz olmayan ekologiya insan orqanizmində hormonal problem yaratdığı üçün bu xəstəliyə də tez-tez rast gəlirik. Bu zaman uzun fasilələrlə adət görmə və ya menstrual siklın kəskin pozulması baş verir. Nəticə etibarilə qanda androgenlərin artmasına bağlı dəridə yağlılıq, səpkilər, saç tökülməsi və tüklənmə hallarına rast gəlinir. Eyni zamanda insulin metabolizması da pozulduğu üçün əsasən göbək ətrafında piylənmə baş verir. Ayda bir dəfə yetişib partlamalı olan follikullar bu xəstəlikdə axıra qədər yetişmir və ultrasəs müayinəsində yumurtalıq səthində toplanmış çoxsaylı kistalar şəklində görünür ki, xəstəliyin adı da burdan götürülmüşdür.

Polikistik yumurtalıq sindromunun diaqnozu klinik təzahürlərin, laboratoriya göstəricilərinə və ultrasəs müayinələrinin birgə qiymətləndirilməsi yolu ilə qoyulur.

Belə hallarda qan təhlilində çıxan hormonal pozulmaya əsasən doğum kontrol həbləri və ya adət düzənləyici həbləri məsləhət görülür. Dərman müalicəsi əsasən bədəndəki hormon mübadiləsini, yağ və şəkər metabolizmini normallaşdırmaq üçündür. Bununla yanaşı xəstəyə uyğun pəhrizin və idmanın təyin edilməsi də çox önəmlidir. Yumurtalığın funksiyası pozulmuş xəstələrdə isə laparoskopik cərrahiyyə məsləhətdir.

Tarix
2021.07.29 / 10:25
Müəllif
Axar.az
Digər xəbərlər

Yanğında həlak olan azyaşlı vəkilin qızı imiş

Ölkədə breketə görə əsgərlikdən möhlət verilir? - Rəsmi

4 gəncin öldüyü “Lake Hotel”dən yeni xəbər var

"Forbes" İranın gücündən yazdı: Siyahıda Azərbaycan da var

Azərbaycan Türkiyə və Avstraliyanı bunun üçün təbrik etdi

Gültəkin Hacıbəylinin Mehdiyev sevgisi: Gizli oyunlar...

1 milyona ev, 440 minə cip - Rektorun milyonluq xərci

Göyçayda məzar daşı: Türkiyə səfirliyi hərəkətə keçdi - Foto

Ermənistan nümayəndələri Hikmət Hacıyevlə görüşdü - Foto

Ramiz Mehdiyevin səhhəti pisləşdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla