Yuxarı

Peyvənd olunanlar koronaya yoluxa bilər, amma... - Nazirlik

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Peyvənd olunanlar koronaya yoluxa bilər, amma... - Nazirlik

Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artıb. Lakin ağır xəstələrin sayında, həmçinin ölüm faizində artım müşahidə edilmir. Bunun səbəbi isə ölkədə vaksinasiya prosesinin aktiv fazada davam etdirilməsidir.

Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında Səhiyyə Nazirliyinin Media və Kommunikasiya şöbəsinin rəhbəri Pərviz Abubəkirov bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, vətəndaşlar vaksinasiya prosesində nə qədər aktiv iştirak edərlərsə, ağırlaşmalar və ölüm faizi bir o qədər də azalar:

“Vaksinasiyanın əhəmiyyəti infeksiyaya qarşı orqanizmdə immunitetin yaranmasına nail olmaqla xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaqdır. Vaksinasiyanın tətbiq edilmədiyi günlərdə yoluxma və ölüm sayı ilə hazırki vəziyyətin müqayisəli təhlili göstərir ki, hazırda ölüm göstəricisi olduqca aşağıdır”.

Şöbə müdirinin sözlərinə görə, peyvənd olunan insanların müəyyən qismi virusa yoluxa bilərlər, amma xəstəliyi yüngül keçirəcəkləri artıq dünyada aparılan tədqiqatlarla sübuta yetirilib:

“Elmi araşdırmaların nəticələrinə əsasən müəyyən olunub ki, peyvəndləndikdən sonra virusa yoluxan şəxslərdə virus yükü əhəmiyyətli dərəcədə aşağı olub. Virus yükü aşağı olduğu üçün həmin şəxslərin əksəriyyəti çox yüngül simptomlarla olub və ya yoluxduqlarından xəbərsiz olublar. Bu da o deməkdir ki, peyvəndin tətbiqi virusa yoluxmağın qarşısını almaqla yanaşı, insanlar arasında yoluxma hallarının ciddi azalmasına da gətirib çıxarır. Buna görə də Səhiyyə Nazirliyi vətəndaşlardan vaxt itirmədən vaksin olunmalarını xahiş edir”.

Tarix
2021.08.07 / 16:00
Müəllif
Axar.az
Digər xəbərlər

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

Qazaxıstanın baş naziri Azərbaycana gəlir

Azərbaycanda bunları edənlər 7 min cərimələnəcək

Prezident təsdiqlədi: Yol polisi artıq bunu edə bilməyəcək

Ermənilər Köçəryana inandılar və Qarabağı tərk etdilər!

Medvedyev Paşinyanı bu sözlərlə təhqir etdi

Azərbaycan keyfiyyətli hərbi məhsullar istehsal edir – Gülər

Ərdoğan Bakı ilə danışdı: Onu Türkiyəyə buraxmadı - Təcili

Çavuşoğlunun qardaşı güllələndi, Bayramov zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla