Yuxarı

Azərbaycanda virusun alovlanma dövrü başlayıb – Həkim

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda virusun alovlanma dövrü başlayıb – Həkim

Artıq bir həftədən çoxdur ki, ölkəmizdə koronavirusa yoluxma hallarında bu cür sürətli mənfi dinamika izlənməkdədir. Əgər bir müddət əvvəl rəqəmlər 200-dən artıq idisə, qısa müddət ərzində on dəfədən çox artıb. Ətrafımızda olan digər ölkələrə diqqət etsək, görərik ki, həmin proses onlarda bizdən də daha əvvəl başlayıb və epidemioloji vəziyyət ölkəmizdəkindən daha pisdir. Lakin son günlərdəki artım onu deməyə əsas verir ki, Azərbaycanda da xəstəliyin növbəti alovlanma dövrü başlayıb. Bir müddətdir ki, bununla bağlı həyəcan təbilini çalırıq və əhalinin həmin infeksiya ilə necə mübarizə aparması, o cümlədən vaksinasiyanın əhəmiyyəti haqqında maarifləndirmə işini çoxaltmağa çalışırıq.

Axar.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

“Son dövrlər qəbul edilən qərarlar, aparılan təbliğat-təşviqat işlərinin nəticəsidir ki, gündəlik peyvənd olunmaq üçün müraciət edənlərin sayı kifayət qədərdir. İlk günlərdə müraciət edənlərin sayı xeyli az idi. Hazırda bu rəqəm 60 minin ətrafında dəyişir. Bu da tam arzuolunan deyil. Dövlətin imkanı var ki, hər gün 100 min civarında vətəndaşın vaksinasiyasını həyata keçirsin. Aparılan kompleks tədbirlər nəticəsində vaksinə olan inanclar artıb. Vətəndaşlar daha kütləvi şəkildə müraciət edirlər. Lakin yenə də passiv qruplar var. Bizim də hədəfimiz onlardır. İstəyirik həmin şəxslərə vaksinin effektivliyinə və təhlükəsizliyinə dair məlumatları çatdıraq ki, onlar da vaxtında düzgün qərar qəbul etsinlər”, - T.Eyvazov bildirib.

Tarix
2021.08.15 / 10:41
Müəllif
Axar.az
Digər xəbərlər

Avropa Birliyinin səfiri Azərbaycan dilini öyrənir

Nəcibə Nəsibova bu universitetə rektor təyin olundu

“Azərpoçt”da böyük kadr dəyişikliyi - Siyahı

İranın AzTV-yə qarşı addımı ilə bağlı bəyanat yayıldı

Bu türk ölkəsi ilə 5 ildə ticarət 13 dəfə artıb

Fransanın bu bəyanatları qəbuledilməzdir - XİN

KMBİ fişinq şəbəkəsinin daha iki üzvü saxlanıldı - DİN

İlham Əliyev bu liderlərlə Qolf Klubunun açılışında - Foto

Axtarışda olan şəxs Azərbaycana ekstradisiya olunur

Çolpon-Atada Əliyevin səfərinə həsr olunmuş banner

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla